Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub.

11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur. Xakerlərin məqsədi Rusiya–Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub.

2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib.

İstinadlar

Həmçinin bax

Azərbaycan xəbər saytlarının siyahısı Trend İnformasiya Agentliyi AzerNews

Xarici keçidlər

Day.az

DAY.AZ VƏ TODAY.AZ HAKİMİYYƏTİN NƏZARƏTİNƏ KEÇDİ DAY.AZ YENİDƏN FƏALİYYƏTDƏ!!!

Kateqoriya:Azərbaycan veb-saytları Kateqoriya:2003-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlar Kateqoriya:Rus dilində veb-saytlar Kateqoriya:Azərbaycan dilində veb-saytlar