Leyla Ağa qızı Əliyeva (ingiliscə: Leila Alieva, 1959, Bakı) – elmlər doktoru, müstəqil siyasi təhlilçi və politoloq, Bakıda fəliyyət göstərən Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (ingiliscə: Center for National and International Studies) prezidenti.

Leyla Əliyeva həmçinin Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (1991-1997) qurucularından biri və prezidenti olmuşdur.

Leyla Əliyeva Harvard Universiteti (1993-1994), Vudro Vilson Mərkəzi – Kennan İnstitutu (1995), Kaliforniya Universiteti-Berkli (2000) və Con Hopkins Universitetində (2001) tədqiqatlar aparmış, Avropa Yenidənqurma və İnkişaf Bankı Prezidentinin müşaviri, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan üzrə Milli Koordinatoru (1999) olmuşdur. Tədqiqat sahələri post-Sovet məkanında konfliktlər, təhlükəsizlik, neft və siyasət məsələlərini əhatə edir.

Xarici keçidlər Leyla Əliyeva Almaniyanın Körber Fondunun veb səhifəsində (ingiliscə) Leyla Əliyeva Almaniyanın Böll Fondunun veb səhifəsində (ingiliscə) Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi

Seçilmiş tədqiqatları

Alieva, L. (2006). Integrative Processes in the South Caucasus and their Security Implications. NATO Defense College: NDC Occasional Papers Series. Alieva, L. (2006). Azerbaijan's Frustrating Elections. Journal of Democracy. 17, 147-160

Seçilmiş kitabları

Alieva, L. (2014). Political Party Regulation in the Republic of Azerbaijan Legal,political and economic factors of the party development (Revised/Expanded ed.). Saarbrücken: LAP LAMBERT Academic Publishing.

Kateqoriya:Azərbaycan politoloqları Kateqoriya:1959-cu ildə doğulanlar