Lethe diana – Nimfalidlər fəsiləsindən kəpənək növü. Qanadları tünd qəhvəyi rənglidir, üzərlərində arpacıqlar olur, qanad açıqlığı 45–55 mm təşkil edir. Lethe confusa növünü xatırladır, lakin Lethe confusa kəpənəyinin qanadlarında ağ zolaq olur.
Görünüş Qanad açıqlığı 45–55 mm arasında dəyişir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, üzərlərində kiçik ağ zolaqlar olur, dişilərdə bu daha aydın sezilir. Bir qanadının üzərində 6-yə qədər arpacıq olur. Damarları açıq-aydın sezilə bilir.
Yayılması Növə Rusiyanın regionlarında – Primorye, Saxalin və Cənubi Kurildə təsadüf edilir. Həmçinin Yaponiyada yayılmışdır: Hokkaydo, Honşu, Şikoku, Kyuşu və Tsuşima. Əsasən enliyarpaqlı meşələrdə, dağlarda və düzənlikdə rast gəlinir.
Həyat Lethe diana sürfəsi metamarfozu tamamlamaq üçün 4 mərhələdən keçməli olur. Yumurtalarını bambuk ağacının yarpaqlarına qoyur və sürfələr özbaşına böyüyür. Əsasən Sasa cinsindən olan bambuklara yumurtalarını qoyur.
Sürfələrin qida mənbələri Quercus acutissima Quercus serrata Phyllostachys nigra — qara bambuk Phyllostachys reticulata Pleioblastus simonii Pleioblastus chino Sasa borealis Sasa kurilensis — həmişəyaşıl bambuk Sasa veitchii Arundinaria — cane Poacae Sasa
Altnövləri Lethe diana diana Lethe diana australis Lethe diana sachalinensis(Cənubi Saxalin) Lethe diana tomariope (Kuril adaları) Lethe diana mikuraensis (Honşu)
İstinadlar
Kateqoriya:Lethe Kateqoriya:Asiya həşəratları