Strateji Raket Qoşunları () — Rusiya Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Vəzifəsi Rusiya Federasiyasının müxtəlif bölgələrində yerləşdirilmiş qitələrarası ballistik raketlərə nəzarət etməkdir. Bu qoşunlar ilk dəfə Sovet Silahlı Qüvvələrinin tərkibində yaradılmış, 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasından sonra isə Rusiyanın tabeliyi altına keçmişdir.

Strateji Raket Qoşunları 17 dekabr 1959-cu ildə düşmənin nüvə silahlarını, hərbi və sənaye obyektlərini sıradan çıxarmaq məqsədilə yaradılmışdır. Bu qoşunlar SSRİ-nin arsenalında olan bütün növ ballistik raketlərə nəzarət edirdi.

Strukturu 2017-ci ilin yanvar ayına olan məlumata əsasən Strateji Raket Qoşunlarına aid aşağıdakı birliklər fəaliyyətini davam etdirir: 27-ci Qvardiya Raket Ordusu (Baş qərargahı: Vladimir) 98-ci Qarışıq Aviasiya Eskadrilyası 7-ci Qvardiya Raket Diviziyası 14-cü Raket Diviziyası 54-cü Qvardiya Raket Diviziyası 28-ci Qvardiya Raket Diviziyası 60-cı Raket Diviziyası 31-ci Raket Ordusu (Baş qərargahı: Rostoşi) 102-ci Qarışıq Aviasiya Eskadrilyası 13-cü Raket Diviziyası 42-ci Raket Diviziyası 33-cü Qvardiya Raket Ordusu (Baş qərargahı: Omsk) 105-ci Qarışıq Aviasiya Eskadrilyası 35-ci Raket Diviziyası 39-cu Qvardiya Raket Diviziyası 62-ci Raket Diviziyası

Həmçinin bax Rusiya Silahlı Qüvvələri Rusiya Aerokosmik Qüvvələri Ballistik raket Soyuq müharibə

İstinadlar

Xarici keçidlər Strategic Missile Troops museum Official Website CSIS Missile Threat — Russia

Kateqoriya:Rusiya Silahlı Qüvvələri Kateqoriya:Soyuq müharibə