Daşkənd metropoliteni () — Özbəkistanın paytaxtı Daşkənddə metropoliten xətlərini birləşdirən nəqliyyat sistemidir. SSRİ dövründə açılan 7-ci metrodur, 1977-ci ildən istifadəyə verilmişdir. Almatı metropoliteni ilə birlikdə Mərkəzi Asiyadakı iki metro sistemindən biridir. Köhnə Sovet metrolarının kimi çox dərindir və stansiyaları dəbdəbəli şəkildə dekorasiya edilmişdir.

Daşkənd metrosu 4 xətdən ibarət olmaqla, 66,5 kilometrdir və 48 stansiyadan ibarətdir. 2019-cü ilə qədər metro 71.2 milyon sərnişin daşımış və hər gün 189.200 sərnişini qəbul etməkdədir.

Tarixi Daşkənd metrosunun yaradılması haqqında planların hazırlanması 1966-cı ilə düşünülməyə başlansa da, həmin ildəki Daşkənd zəlzələsindən sonra işlər 1968-ci ilə təxirə salındı. İlk xəttin inşasına 1972-ci ildə başlandı və bu xətt 6 avqust 1977-ci ildə istifadəyə verildi. İlk açılışda metro 9 stansiyadan ibarət idi. 1984-cü ildə ikinci xətt və 2011-ci ildə üçüncü xətt istifadəyə verildi. 4-cü xəttin inşası isə hələ davam edir. Təxminlərə görə 5 ildən sonra metro 1.4 dəfə böyüyəcək.

Xəttlər #Xəttin adıAçılışUzunluqStansiyalar 1Çilanzar197723.7 km17 2Özbəkistan198414.3 km11 3Yunusabad200110.5 km8 4Halqali202021.9 km14CƏMİ:70.4 km50

İstinadlar

Həmçinin bax Daşkənd zəlzələsi (1966)

Xarici keçidlər Tashkent Metro track map Tashkent Metro Map Tashkent at UrbanRail.Net

Kateqoriya:Daşkənd metropoliteni Kateqoriya:Vladimir İliç Leninin şərəfinə adlandırılmış obyektlər