Fərhad Eldar oğlu Acalov () — azərbaycanlı keçmiş boksçu, müstəqil Azərbaycanın gənclər arasında ilk dünya çempionu və yarışın texnikalı boksçusu (2000).

Həyatı Fərhad Acalov 24 dekabr 1982-ci ildə Bakıda doğulub.

Karyerası 1995-ci ildən boks idman növü ilə məşğul olmuş və aşağıdakı nailiyyətləri əldə etmişdir:

Avropa birinciliyi II yer (gümüş medal)-1997-98-ci il Dünya birinciliyi I yer (qızıl medal)-2000-ci il-çempionatın ən texnikalı boksçusu Tələbələrin Universiadası I yer (qızıl medal)-2000-ci il Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal)-2001-ci il Hərbçilərin Olimpiya Oyunları III yer(bürünc medal)-2003-cü il Tələbələrin Dünya çempionatı II yer(gümüş medal) -2004-cü il Dünya kuboku III yer(bürünc medal) -2005-ci il Neft ölkələrinin Dünya kuboku III yer(bürünc medal) -2005-ci il 21 qat Azərbaycan çempionu, 25 dəfədən artıq “A” kateqoriyalı beynəlxalq turnirlərin qalib və mükafatçısı olmuş, “ Əməkdar idman ustası” və “ Əməkdar məşqçi” fəxri adlarına layiq görülmüşdür.

2010-18-ci illərdə “Rabitə İdman klubu” MMC-yə Vitse-prezident - İcraçı direktor vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə klub Azərbaycan çempionatlarında, beynəlxalq turnirlərdə, Dünya, Avropa çempionatlarında ( oyunlarında), Olimpiya Oyunlarında, İslam Həmrəyliyi oyunlarında ümumilikdə 300-dən artıq medal əldə etmişdir.

2018-ci ildən bu günə qədər “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində direktor vəzifəsində çalışır.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi boksçuları