Daşkənd tramvayı () — Özbəkistanın paytaxtı Daşkənd şəhərində 19122016-cı illərdə fəaliyyət göstərən ictimai nəqliyyat növü. Daşkənd tramvayı Mərkəzi Asiyanın ən qədim tramvayıdır.

Tarixi

Konka Daşkənd tramvayının tarixi 1896-cı ildə, Daşkənd şəhər idarəsi Daşkənd tramvayının imtiyaz müqaviləsi üzərinə qurulması və istismarı mövzusunda Belçikanın anonim şirkəti olan "Taşkentskiy tramvay" (, ) ilə müqavilə imzalasıyla başlayır. İlk konka xəttinin inşa prosesinə 1897-ci ildə start verilmişdir. İlk konka xətti stansiyadan başlayıb, Duxovskaya (indiki Əmir Teymur Bulvarı), Məhramskoy (indiki Özbəkistan Bulvarı), Zerabulakskoy, Cizzaxskoy (indiki Buxara), Romanovskaya (indiki Böyük Turon), Vorontsovskaya (indiki Süleymanova), Çernyayevskaya (indiki İstiqbol), Şayxantohur (indiki Navoy Prospekti) küçələrindən keçərək, tramvay anbarının olduğu köhnə qəsəbədəki Çorsu bazarına qədər idi. Vaqon konkası 31 mart 1901-ci il tarixində açılmışdır. İkinci konka xətti isə, 5 aprel 1903-cü il tarixində açılmışdır. Bu konka xətti stansiyadan başlayıb, Romanovskaya, Peterburq (indiki Mətbuatçılar), Kaufmanski Meydanının küncü (indiki Əmir Teymur Meydanı), Müqəddəs Puşkinskaya (indiki Müstəqillik) küçəsindən keçib, Müqəddəs Serqiya kilsəsində bitirdi. Uzunluğu olan yeni tramvay xəttinin ödəniş haqqı birinci sinif vaqonlar üçün 6 qəpik, ikinci sinif vaqonlar üçün 5 qəpik idi.

Elektrikləşdirilmə 5 sentyabr 1908 tarixində, tramvay əməliyyatı üçün Daşkənd şəhər idarəsi və anonim şirkət olan "Taşkentskiy tramvay" ( ) arasında yeni bir müqavilə imzalanmışdır. Bu müqavilə, konkaların hər iki xəttinin də elektrikləşdirilməsini və elektrikli tramvay şəbəkəsinin 30 verstə qədər uzadılmasını təmin etmişdir. Daşkənd şəhərinin elektrikli tramvay əməliyyatı üçün Özbəkistanın Belçika icması, Belçikada yerləşən Rateno fabrikində 80 vaqon sifariş etmişdi. Hər bir vaqonda 40 oturacaq var idi. 1913-cü ildə yüklərin daşınması üçün Daşkənd şəhərinə 2 yük vaqonu gəldi. Toyuq Bazarında qurulan dizel elektrik stansiyası, tramvaya elektrik verirdi. Tramvay parkı Marinskaya (indiki Nukuyskoy) küçəsində yerləşir.

Həmçinin bax Daşkənd metropoliteni Bakı tramvayı

Qeydlər

İstinadlar

Xarici keçidlər

Şəhər Elektrik Nəqliyyatı-da Daşkənd məlumat bazası / foto qalereya və Daşkənd tramvay siyahısı – bir çox dildə. Phototrans-da Daşkənd məlumat bazası / foto qalereya – bir çox dildə.

Kateqoriya:Daşkənddə nəqliyyat Kateqoriya:Özbəkistanda tramvay nəqliyyatı Kateqoriya:1912-ci ildə yarananlar Kateqoriya:2016-cı ildə ləğv olunanlar Kateqoriya:Şəhərlərə görə ləğv edilmiş tramvay sistemləri Kateqoriya:1910-cu illərdə Özbəkistanda yarananlar