Belarus Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri (belarusca: Ваенна-паветраныя сілы і войскі супрацьпаветранай абароны Рэспублікі Беларусь) — Belarus Silahlı Qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərən xüsusi hərbi birləşmədir. 1992-ci ildə Belarus ərazisində dislokasiya olunmuş Sovet Hərbi Hava Qüvvələrinin 26-cı Hava Ordusunun əsasında yaradılmışdır."The Military Balance 2014". , 5 fevral 2014.
5 may 1942-ci ildə Qərb cəbhəsinin hava qüvvələrinin əsasında 1-ci Hava Ordusu yaradılmışdır.Belarusian Ministry of Defence, http://www.mod.mil.by/s37sprawka.html 10 yanvar 1949-cu ildə rəhbərliyin əmrinə əsasən bu ordunun adı dəyişdirilərək 26-cı Hava Ordusu adlandırılmışdır. 1 may 1988-ci il tarixində SSRİ Müdafiə Nazirliyinin 0018 saylı qərarına əsasən 26-cı Ordu Belarus Hərbi Dairəsinin Hava Qüvvələrinin tərkibinə verilmişdir. 15 may 1992-ci ildə Belarus Respublikası Müdafiə Nazirliyinin 05 saylı əmrinə əsasən 26-cı Hava Ordusu Belarus HHQ-nin tabeçiliyinə verilmişdir.
Belarus HHQ-nin Rusiya HHQ ilə çox yaxın əlaqələri var."Defence Statistics 2013" 1 avqust 2013"Defence Statistics 2014" 15 may 2014
Qəzalar 30 avqust 2009-cu ildə Polşanın Radom şəhərində Aviaşounun ikinci günü bir ədəd Su-27UBM döyüş təyyarəsi qəzaya uğramışdır.
21 aprel 2010-cu ildə təlimlər zamanı iki ədəd MiQ-29 döyüş təyyarəsi toqquşmuşdur. Təyyarələrdən biri yerə təhlükəsiz şəkildə eniş edə bilsə də, digəri qəzaya uğramışdır.
23 sentyabr 2010-cu ildə bir ədəd MiQ-29 qəzaya uğramışdır.
29 noyabr 2011-ci ildə bir ədəd Mi-24 döyüş helikopteri Novye Zasimoviçi kəndi yaxınlığındakı meşəlik ərazidə qəzaya uğramış, nəticədə hər üç ekipaj üzvü həlak olmuşdur.
12 iyun 2012-ci ildə bir ədəd Su-25 kiçik bir kəndin yaxınlığında qəzaya uğramışdır. Qəzanın baş vermə səbəbi pilot Nikolay Qridnyovun aşağı hündürlükdə manevr edərkən idarəetməni itirməsi olmuşdur.
11 noyabr 2014-cü ildə bir ədəd MiQ-29 qəzaya uğramışdır.
23 fevral 2017-ci ildə bir ədəd MiQ-29 havalanarkən mühərrikdə baş verən yanğın səbəbilə təyyarə qəzaya uğramış, pilot katapult edərək sağ qalmışdır.
Gələcək planlar Gələcək planlara görə, Belarus Rusiyadan 18 ədəd Su-30K və ya Su-30KN tipi döyüş təyyarəsi almağı hədəfləyir. Rusiya bu qırıcıların hər birini 5 milyon dollar qarşılığında modernizasiya edir. Belarus da bu modernizasiya proqramında iştirak edərək bir neçə Su-30KN döyüş təyyarəsi almaq niyyətindədir.
Bundan başqa, Belarus və Rusiya 2015-ci ildə dörd ədəd Yak-130 yüngül hücum təyyarəsinin satın alınması haqqında müqavilə imzalamışdır.
Təchizatı Uçuş avadanlığıİstehsalçı ölkəNövüVariantıSayıƏlavə məlumat Döyüş təyyarəsi MiQ-29 Çoxməqsədli qırıcı 4313-ü MiQ-29BM səviyyəsində modernizasiya olunmuşdur Su-25 Hücum təyyarəsi 68 Su-30 Döyüş təyyarəsi 12 ədəd sifariş verilib Hərbi nəqliyyat təyyarəsi İlyuşin İl-76 Hərbi nəqliyyat təyyarəsi2 Antonov An-26 / Nəqliyyat 3 Helikopter Mil Mi-8 / Hərbi-nəqliyyat 30Əlavə 6 ədəd sifariş verilib Mi-24 Döyüş helikopteri 21 Mi-26 Nəqliyyat 5 Təlim təyyarəsi Yak-130 Təlim/yüngül hücum təyyarəsi8 Aero L-39 Albatros Təlim10 Mi-2 Təlim 6
Həmçinin bax Rusiya Hərbi Hava Qüvvələri MiQ-29
İstinadlar
Xarici keçidlər
Официальная страница ВВС и ВПВО Республики Беларусь Всё о ВВС Беларуси
Kateqoriya:Belarus