Moxovoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl.

Coğrafiya Moxovoe gölü karst mənşəllidir. Tatarıstanın Laişevski rayonunda, Qabişevo kəndindən 0,5 km cənub-şərqdə yerləşir. Su tutarı qəliz formaya malikdir. Uzunluğu 870 metr, maksimal eni isə 215 metrdir. Su səthinin sahəsi 10,93 ha-dır. Orta dərinliyi 6 m, maksimal dərinliyi isə 13 metr təşkil edir.

Hidrologiya Su tutarının həcmi 400 m³-dir. Yeraltı sularla qıdalanır. Səviyyəsi dəyişməzdir. Suyun rəngi sarımtıl-qəhvıyidir, minerallaşma 34 mq/l, şəffaflıq 150 sm-dir. Kimyavi tərkibi hidrokarbonatlı-kalsiumludur. Əhəmiyyəti Su tutarının suyu heyvanların suvarılmasında və rekreasiya məqsədi ilə istifadə edilir. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. Ədəbiyyat Татарская энциклопедия: В 6 т /Гл. ред. М. Х. Хасанов, отв. ред. Г. С. Сабирзянов. — Казань: Институт Татарской Энциклопедии

Mənbə

Kateqoriya:Tatarıstan gölləri Kateqoriya:Tatarıstan təbiət abidələri Kateqoriya:1978-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ III