Sobakinskie Yamı gölü —Tatarıstanın Zelenodolski rayonu ərazisində yerləşən göl.

Coğrafiya Göl Volqa çayına paralel yerləşir. Yaxınlığında ən iri göllər Sobakino və Provalnoedir. Sobakinskie Yamı gölü karst məşhəllidir. Tatarıstanın Zelenodolski rayonunda, Ulitilno kəndindən 0,9 km şimal-şərqdə yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 30 metr, maksimal eni isə 30 metrdir. Su səthinin sahəsi 0,09 ha-dır. Orta dərinliyi 4 metr təşkil edir. Hidrologiya Su tutarının həcmi 4 min m³-dir. Yeraltı sularla qıdalanır. Səviyyəsi dəyişməzdir. Suyu rəngsiz və iysdizdir, minerallaşma 81 mq/l, şəffaflıq 800 sm-dir. Kimyavi tərkibi hidrokarbonatlı-kalsiumludur. Əhəmiyyəti Su tutarının suyu içməli su kimi və istirahət məqsədi üçün istifadə edilir. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və TatarıstanRespublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir.

Mənbə

Kateqoriya:Tatarıstan gölləri Kateqoriya:Tatarıstan təbiət abidələri