Svetofor protokolu — informasiya təhlükəsizliyi insidenti ilə bağlı konfidensial məlumatın yayılma dairəsini müəyyən etmək üçün istifadə olunan rən əsaslı işarə sistemi.
Tarixi Svetofor protokolu 2000-ci illərin əvvəllərində Böyük Britaniyanın Milli İnfrastruktur Təhlükəsizliyi Koordinasiya Mərkəzi (ing. Centre for the Protection of National Infrastructure – CPNI) tərəfindən hazırlanmışdır. Bu sistemin yaradılmasında məqsəd həssas informasiyanın nəzarətli şəkildə paylaşılmasını təmin etmək olmuşdur.
İş prinsipi Protokol çərçivəsində informasiya dörd rəngdən biri ilə işarələnir:
Qırmızı — Yüksək səviyyədə konfidensial informasiya. Yalnız məlumatın hazırlanmasında birbaşa iştirak edən şəxslər arasında paylaşılması mümkündür. Bu məlumatın ötürülməsi yalnız bütün iştirakçıların yazılı razılığı (imzası) ilə mümkündür. Sarı — Məhdud yayılma. İnformasiyanı alan şəxs onu yalnız öz təşkilatı daxilində paylaşa bilər. Yaşıl — Geniş yayılma. Məlumat müəyyən icma və ya qrup daxilində geniş yayıla bilər, lakin kütləvi informasiya vasitələrində (KİV) dərc olunmasına icazə verilmir. Ağ — Qeyri-məhdud yayılma. İnformasiya müəlliflik hüquqları qorunmaq şərti ilə sərbəst şəkildə paylaşılaraq yayıla bilər.
Ədəbiyyat İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Kateqoriya:İnformatika Kateqoriya:İnformasiya təhlükəsizliyi