alt=Бенгальский лори ухватился за руку в перчатке|thumb|Astagəl lori növlərindən biri — Bengal lorisi (Nycticebus bengalensis) Astagəl lori - Nycticebus cinsinin yaşburun primatları — 2007-ci ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən müdafiəsiz və ya nəsli tükənməkdə olan cins kimi qəbul edilmişdir. Onlar bir çox ölkənin qanunları və beynəlxalq müqavilələrlə qorunur, lakin bu qanunların gerçək icrası hər yerdə təmin edilmir və bu cür növlər tükənmək təhlükəsi altında qalır. Astagəl Lori-Cənubi və Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayır. Onların mövcudluğuna dair əsas təhlükələr-meşələrin selektiv kəsilməsinin nəticəsində yaşayış yerlərinin məhv edilməsi və parçalanması, kəndtəsərüfatının qırılıb yandırılması, qida məqsədi ilə qanunsuz ovlanmaları, xalq təbabətində və rituallarda istifadəsi və qanunsuz satışıdır.
Bu primatlara qulluq edilməsinin çətin olmasına, onların dişləməsinin zəhərli, yuxu tsiklinin və yuxusuzluğunun insanla müqayisədə fərqli olmasına baxmayaraq astagəl lorilər YouTube-da məşhur videoçarxların və Onlardan ekzotik ev heyvanları həvəskarları arasında aparılan sorğuların qəhrəmanı oldular. Bu cinsə artan tələbat onların qanunsuz ovlanmasına, bu sahədə qaçaqmalçılığa və qanunsuz ticarətin genişlənməsinə səbəb olmuşdur: artıq beynəlxalq hava limanlarında yüzlərlə heyvan müsadirə olunub, lakin bu qaçaqmalçılığın yalnız kiçik bir hissəsi ola bilər, çünki asatagəl lorilərin çox da böyük olmayan ölçüsünə görə onları asanlıqla gizlətmək və daşımaq mümkündür.
Astagəl lorilərdə qəfəs mühitində çoxalma pis gedir, lakin kiçik lori balasının qəfəslərdə, o cümlədən də San-Dieqo zooparkında doğum halları da məlumdur. Halbuki, zooparkda saxlanılan astagəl lorilərin əksəriyyəti, artıq çoxalmaq üçün çox qocadılar. Qeyri-peşəkarların qəfəsdə saxladığı astagəl lorilər çox vaxt düzgün olmayan qidalanma, qənaətbəxş olmayan qayğı, stress və yoluxucu xəstəliklər nəticəsində tez-tez ölümlə üzləşir. Bir çox hallarda astagəl lorilərlə ticarət edənlər onları az yaşlı uşaqlar üçün təhlükəsiz etməkdən ötrü dişlərini çıxardırlar. Dişlərin çıxarılması bir çox hallarda çoxlu qan itkisinə, infeksiyalara və lorinin ölümünə gətirib çıxarır və sağ qalan dişsiz heyvanlar isə artıq təbiətə qayıda və özlərini qida ilə təmin edə bilmirlər.
Yabanı astagəl loriləri qorumaq üçün, tropik meşələrin geniş və bölünməmiş qorunan ərazilərini bağlamaq lazımdır, çünki bu heyvanlar həyatlarının çox hissəsini ağaclarda keçirirlər və yer üzündə uzun məsafələrə getməyə qadir deyillər. Sağ qalan lorinin əksəriyyəti hazırda bu cür qoruqlarda və digər xüsusi mühafizə olunan ərazilərdə yaşayır. Həm də müsadirə edilmiş lorilərin təbiətə reintroduksiyaya hazırlamaq və ya onlara qeyri-mümkün olan hallarda ömürlük qayğı göstərmək üçün reabilitasiya mərkəzləri də yaradılmışdır.
Astagəl lorilərin biologiya və ekologiyası Astagəl lorilər Astagəl lorilərin () nəsli primatlar dəstəsinin yaşburun primatlar yarımdəstəsinin lorikimilər infradəstəsinin lorilər ailəsinə aid edilir. Astagəl lorilərin dairəvi sifəti, belində tünd zolaqları ilə sıx tüklə örtülü baş dərisi və qısa quyruqları olur. Daha yaşlı olanların uzunluğu 18 sm-dən 38 sm-ə qədər çatır.Ankel, Simons, F. Primate Anatomy. 3rd. Academic Press, 2007, pp. 82-83 Yaxşı inkişaf etmiş ön və arxa pəncələri olur ki, onları sayəsində uzun müddət ağacdan asılı vəziyətdə qala bilirlər
Təbiətdə əsasən Cənubi və Cənub-Şərqi Asiyada - istər materikdə, istərsə də adalarında yaşayırlar. Astagəl lorilər adətən tropik musson meşələrinin yuxarı hissələrində yaşayırlar və həyatlarının böyük hissəsini ağaclarda keçirirlər, nadir hallarda yerə düşürlər. Bir ağacdan digərinə sarmaşıqlardan istifadə edərək keçə bilirlər, lakin ağacdan ağaca tullana bilmirlər yaxud da böyük məsafələri yerlə qət edirlər.
Astagəl lorilər üçün digər primatlarla müqayisədə nisbətən yüksək orta ömür müddəti və aşağı doğumluluq xarakterikdir. Buna görə də onların populyasiya ilə saylarının bərpası çox yavaş gedir. Molyusklar, xırda onurğalılar və meyvələrlə qidalanırlar, yabanı astagəl lorilərin azsaylı olmasına və gizliliyinə, o cümlədən də bioloji tədqiqat aparmaq üçün mövcud digər çətinliklərə görə qidalanma rasyonları kifayət qədər öyrənilməyib.‘Cute’ umbrella video of slow loris threatens primate by Jeremy Hance on 13 March 2011 (İstifadə edilmə müddəti: 05.02.2018) Tənha, yaxud cütlük halında yaşayırlar. Gecələr fəal həyat tərzi keçirir, gün boyu isə budaqlardan sallanaraq adətən yatırlar.Nowak R.M. Walker's Mammals of the World. 6th. Johns Hopkins University Press, 1999, p. 58 Erkəkləri öz ərazilərini idrarları ilə qeyd edirlər. Astagəl lorinin dişləməsi zəhərli ola bilər: Təbii düşmənlərinin hücumları vaxtı müdafiə olunmaq üçün toksindən istifadə edirlər.Alterman, L. Creatures of the dark: the nocturnal prosimians / L. Alterman, G.A, Doyle. — Plenum Press, 1995, pp. 422-423 Bu dişləmə nadir hallarda ölümcül olur, lakin adətən uzun müddətli ağrılı iltihaba gətirib çıxarır. Bəzi insanlarda anafilaktik şokla nəticələnə bilər.Nekaris K. A. I., Moore R. S., Rode E., Fry B. G. Mad, bad and dangerous to know: The biochemistry, ecology and evolution of slow loris venom// Journal of Venomous Animals and Toxins including Tropical Diseases. 2013. Vol. 19, no. 1. p. 21.Wilde H. Anaphylactic shock following bite by a 'slow loris', Nycticebus coucang // The American Journal of Tropical Medicine and Hygiene. — 1972. V. 21, publ. 5. p. 592-594
2013-cü ildən etibarən astagəl lorilərin 8 ayrı bioloji növü müəyyən edilmişdir. Onlardan üçünü adalarda tapmaq olar: Yava lorisi (Nycticebus javanicus) — Yava adasının aborigeni. Nycticebus borneanus — endemik növ, yalnız Kalimantan və qonşu adalarda, o cümlədən də Sulu adasında yaşayırlar. 2013-cü ilə qədər Kalimantan lorilərinin yarımnövü kimi baxılırdı (N. menagensis). Ləng lori (N. coucang) — Sumatra adası, Qərbi Malayziya, Sinqapur və Tailandda rast gəlinir. +thumb|244x244px| Nycticebus javanicusthumb|271x271px|Nycticebus borneanusthumb|Nycticebus coucang
Astagəl lorilərin digər iki növünə yalnız materikdə rast gəlinir: Benqal lorisi (N. bengalensis) — Banqladeş, Kamboca, Cənubi Çin, Şimal-Şərqi Hindistan, Laos, Birma, Tailand və Vyetnamda. Kiçik lori (N. pygmaeus) — Kamboca, Laos, Vyetnam və Cənubi Çində.
+thumb|250x250px| Nycticebus bengalensisthumb|Nycticebus pygmaeus|300x300px
Nycticebus kayan və Nycticebus bancanus növlərinə əvvəllər Kalimantan lorilərinin müxtəlif növü kimi baxılırdı, lakin 2013-cü ildə ayrıca növ kimi təsdiq olundular.
Vəhşi təbiətdə Astagəl lorilərin mövcudluğuna təhlükə törədən hallar thumb|right|Meşələrin qırılması - astagəl lori qruplarının azalmasının əsas səbəblərindən biridi. 2001-ci ilə qədər Cənub-Şərqi Asiya materikinin meşələrindən çoxu məhv edilmişdir.
Vəhşi təbiətdə astagəl lorilərin mövcudluğuna təhlükə törədən əsas hallar — meşələrin qırılması və bu heyvanların qeyri-qanuni ticarətinə imkan yaradan qanunsuz hasilatıdır (brakonyerlik). Canlı lorilərdən ekzotik heyvanları sevənlərin, onların ətindən qurmanların, yəni müxtəlif növ qidaların həvəskarlarının tələblərini ödəmək üçün istifadə edilir. Lorilərin bədənin bütün hissələri xalq təbabətində istifadə edilir.
Digər təhlükə törədən hallara onların yaşadıqları ərazilərdə yolların tikintisini və ağacların selektiv şəkildə kəsilməsini, hətta torpaqların yandırılaraq əkin üçün istifadə edilməsini aid etmək olar.Management Authority of Cambodia (3–15 June 2007). "Notification to Parties: Consideration of Proposals for Amendment of Appendices I and II": 31, Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora (CITES). Bütün bunlar astagəl lorinin məhv olmasına gətirib çıxarmasa da, onların fraqmentasiyasına, yəni ayrı-ayrı ərazilərə səpələnmiş halda yaşamasına səbəb olur. Arealın fraqmentasiyası bir ağacdan digərinə yerlə gəzərək, yaxud tullanaraq keçə bilməyən, sadəcə sarmaşıqlardan istifadə edərək keçə bilən bu heyvanların sayının bərpasına və geniş ərazidə yayılmalarına əngəl törədir. Bu səbəbdən də astagəl lorilərin yaşadıqları ərazilərdəki avtomobil yollarında, elektrik naqilləri xətlərində məhv olması hallarına az rast gəlinmir.Thorn J. S., Nijman V., Smith D., Nekaris K. A. I. Ecological niche modelling as a technique for assessing threats and setting conservation priorities for Asian slow lorises (Primates:Nycticebus) (англ.) // Diversity and Distributions. 2009. Vol. 15, p. 295.
Astagəl lorilərin bütün növləri Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən müdafiəsiz və ya nəsli tükənməkdə olan növ kimi qəbul edilmişdir.Hance, Jeremy 'Cute' umbrella video of slow loris threatens primate . mongabay.com (2011). Bu növlərin populyasiyası kəskin şəkildə azalmaqda, yaşayış arealı məhdudlaşmaqda və dağıdılmaqdadır. Artıq ayrı-ayrı rayonlarda astagəl lorilərə rast gəlinmir. Astagəl lorilərin yaşadığı bütün ölkələrdə onları müdafiə edən qanunlar mövcuddur, lakin növlərin qorunub saxlanılmasında qanunların ciddi icrası yönündə çatışmamazlıqlar var və insanların çoxu bu heyvanların müdafiəsiz olması haqqında məlumata sahib deyil. Qadağalara baxmayaraq yerli kənd sakinləri onları ovlamağa, "ekzotika" sevənlər onları almağa davam edir. Bu da onların qanunsuz hasilatı (brakonyerlik) hallarının daha da genişlənməsinə səbəb olur.Fitch-Snyder, H.; Livingstone, K. Lorises: The Surprise Primate// ZooNooz. San Diego Zoo, 2008. P. 10-14.Sanchez K. L. Indonesia's Slow Lorises Suffer in Trade// IPPL News. International Primate Protection LeagueStarr et al., 2008. Vol. 35, no. 2, p.10 Yerli sakinlər və hətta milli parkların əksər əməkdaşları astagəl lorilərin növlərini müəyyən edə bilmir.Management Authority of Cambodia (3–15 June 2007). "Notification to Parties: Consideration of Proposals for Amendment of Appendices I and II".: 31, Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora (CITES). Belə ki, Vyetnamda gecə primatlarının bir çoxu ilk dəfə aşkar ediləndə kənd sakinlərinin əksəriyyəti lorini şəkillərdə tanıya bilmirdi və yalnız bəzi yaşlı ovçular onları tanıya bilsələr də, dediklərinə görə bu cür heyvanlar artıq 10-15 ildir ki rast gəlmirlər.
Əvvəllər belə hesab edilirdi ki, astagəl lorilərin bir neçə növü var, lakin onlar bütün Cənub-Şərqi Asiya boyu geniş şəkildə yayılıblar. Bu cür yanlış nəticə çıxarılması bu heyvanların gizli gecə həyat tərzi ilə bağlı olaraq onların populyasiyasının və yaşadıqların arealın öyrənilməsindəki məhdudiyyətlərə görə olmuşdur.Nekaris K.A.I., Munds R. Chapter 22: Using facial markings to unmask diversity: the slow lorises (Primates: Lorisidae: Nycticebus spp.) of Indonesia // Indonesian Primates / S. Gursky-Doyen, J. Supriatna. New York: Springer, 2010., p. 383-384 Astagəl lorilərə bütün region boyu mövcud olan bazarlarda rast gəlinməsi də onların çoxsaylı və geniş olması düşüncəsinin formalaşmasına səbəb olmuşdur.Starr C., Nekaris K. A. I., Streicher, U., Leung L. Traditional use of slow lorises Nycticebus bengalensis and N. pygmaeus in Cambodia: an impediment to their conservation// Endangered Species Research. — 2010. — Vol. 12, iss. 1, p. 17-18 Bundan başqa, XX əsrdə və daha əvvəlki dövrlərdə aparılan çöl tədqiqatçıları onların bu və ya digər ərazidə olub olmadığını, onların bəlkə də artıq həmin vaxtlarda kritik dərəcədə aşağı olan populyasiyasını qiymətləndirməmişdir.Nekaris K. A. I., Nijman V. Nijman nycticebus foliaprimatol 2007. CITES Proposal Highlights Rarity of Asian Nocturnal Primates (Lorisidae: Nycticebus)// Folia Primatologica.2007. Vol. 78. Nəticədə astagəl lorilər kifayət qədər tədqiq olunmamış qalmışdı ki, bu da 2000-ci ildə onların ən az təhlükə altında qalan növlərinin yanlış tanınmasına gətirib çıxarmışdı. Hətta 2000-ci illərin ortalarında belə astagəl lorilərin populyasiya sayının qiymətləndirilməsi kifayət qədər geniş tədqiqat olunmayan məlumatlara əsaslanmışdır.Black, R.. Too cute for comfort (8 June 2007).
Yaşayış yerlərinin məhvi və fraqmentasiyası left|thumb|285x285px|