Zərbəliyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Soyun yaranması Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin iki arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi.
Soyun tanınmış nümayəndələri
Abdulla Zərbəliyev — məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər Dumasının üzvü. Ruqiyyə Zərbəliyeva — Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi.
Həmçinin bax Bakı xanlığı
Ədəbiyyat Hafiz Sadıqov. KƏRBƏLAYI ABDULLA // "Kəlam" jurnalı, 1 avqust 2012 http://www.anl.az/el/Kitab/Azf-268536.pdf Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) // "Kommunist" qəzeti, 1940. 8 mart
Kateqoriya:Zərbəliyevlər