Aktinoseratoidealar (Actinoceratoidea) — paleozoy başayaqlılarının düz qabıqlı, məhv olmuş nümayəndələri bu yarımsinifə aiddir. Arakəsmə xətlərəri düzdür. Sifon genişdir. Onun vəziyyəti subkənardan submərkəzədək dəyişir. Arakəsmə boruları qatlanmış, adətən qısa, bəzən nisbətən uzun; yarımdairəvi birləşdirici halqalar arakəsmə boruları ilə birləşib sifonun ellips və ya pulşəkilli seqmentini əmələ gətirir. Çox güman ki, hövzənin dibində yaşayıblar. Ordovik — karbon.
Mənbə
Kateqoriya:Geologiya terminləri