Zərifə Zülfüqar qızı Şükürova () — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1958–1971).

Həyatı Zərifə Şükürova 1920-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1936-cı ildə başlamışdır. Bakı məktəblərində müəllimlik etmiş, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 1944-cü ildə laborant, daha sonra həkim, 1948–1954-cü illərdə isə Bakının Lenin rayonu səhiyyə şöbəsinin müdiri işləmişdir.

Zərifə Şükürova Azərbaycan SSR Ali Sovetinin 4–7 çağırış deputatı seçilmiş, 1958–1971-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuşdur.

İstinadlar

Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları