Musa Cəlilin heykəli — tatar şairi, XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin Kazan şəhərində yerləşən heykəli. Abidə 1966-cı ildə 1 May meydanında ucaldılmışdır.

Abidə Kazan Kremlinin cənub fasadının yazınlığında, Şəhər Duması bə Tatarıstan Respublikasının Milli Muzeyi ilə üz-bəüz yerləşir. Heykəlin yerləşdiyi ərazinin yaxınlığında 1894-1918-ci illərdə çar II Aleksandrın heykəli olubУтраченное второе «кольцо» Казани // Республика Татарстан. — № 19 (24575). — 29 января 2002 года..

Heykəlin açılışı 3 noyabr 1966-cı ildə olub və Musa Cəlilin anadan olmasınn 60-illiyinə həsr olunub. Abidə kompleski üç əsas hissədən ibarətdir: meydança-stilobatdan, heykəlin özündən və qranit divardan. Müəllifləri heykəltaraş Vldimir Siqal və memar Lev QolubovskidirМуса Джалиль: библиографический указатель, 1919-1973 // Изд-во Казанского университета, 1976. Стр. 178..

1974-cü ildə Musa Cəlilin heykəli Rusiya Sovet Federativ Sosialist Respublikasıın dövlət tərəfində qorunan abidələr siyahısına daxil edilmişdirПостановление Совмина РСФСР от 4 декабря 1974 года № 624 «О дополнении и частичном изменении Постановления Совета Министров РСФСР от 30 августа 1960 года № 1327 „О дальнейшем улучшении дела охраны памятников культуры в РСФСР“»..

İstinadlar

Kateqoriya:Kazanın görməli yerləri