thumb|right|Karl Yaspers

Karl Teodor Yaspers (; ) — Almaniyanın və dünyanın ən görkəmli filosoflarından biri.

Həyatı Karl Yaspers 23 fevral 1883-cü ildə, Oldenberq-də anadan olmuşdur. 1907-ci ildəHeydelberq universitetinin hüquq fakültəsinə daxil olmuş, lakin bir qədər oxuduqdan sonra tibb fakültəsinə keçmiş və 1908-ci ildə oranı bitirmişdir. Həkim-psixiatr ixtisasına yiyələnmiş, 1913-cü ildə "Ümumi psixopatologiya", 1919-cu ildə "Dünyagörüşlər psixologiyası" kitablarını yazıb dərc etdirmiş, tək həkim kimi deyil, psixoloq və filosof kimi də tanınmışdır. 1931–32-ci illərdə uzun müddət üzərində işlədiyi irihəcmli "Fəlsəfə" əsəri dərc olunmuşdur. İkinci dünya savaşından sonra bir çox fəlsəfi kitabları işıq üzü görmüş, müəllifinə böyük şöhrət gətirmişdir.

Karl Yaspers 26 fevral 1969-cu ildə Bazel-də vəfat etmişdir.

Yaradıcılığı Karl Yaspers həkim və psixoloq olaraq xəstə insanların psixoloji durumunu yaxından müşahidə etmiş, ölüm və həyat arasında olan insanların fəlsəfi yaşantılarını anlamağa çalışmışdır. Ölüm ayağında olan insan nə kimi duyğuları yaşayır? Dünyanı, həyatı, insanları necə hiss edir? Həyatın mənasını nədə görür? Yaspersin məhz bu dərin müşahidələri onu Almaniyanın çoxsaylı həkimləri sırasından ayırmış və dünyanın ən görkəmli filosoflarından biri etmişdi.

Yaspersin tarixin mənbələri, dövrün mənəvi durumu və fəlsəfi inama həsr olunmuş "Tarixin mənası və təyinatı" adlı məşhur əsəri 2008-ci ildə azərbaycan dilində işıq üzü gördü.

Əsərləri Allgemeine Psychopathologie, 1913; Psychologie der Weltanschauungen, 1919; Philosophie, 3 Bd., 1932; Von der Wahrheit, 1947; Die Schuldfrage. Ein Beitrag zur deutschen Frage, 1946; Die grossen Philosophen, Bd. 1, 1957; Der philosopische Glaube angesichts der Offenbarung, 1962; Die Atombombe und die Zukunft des Menschen, 1958; Chiffren der Transzendenz, 1970

İstinadlar

Həmçinin bax Sokrat Aristotel

Kateqoriya:XX əsr filosofları Kateqoriya:Almaniya filosofları Kateqoriya:Psixoz Kateqoriya:Heydelberq Universitetinin müəllimləri Kateqoriya:Psixoloji filosoflar Kateqoriya:Elm filosofları Kateqoriya:Psixopatologiya Kateqoriya:Psixologiya üzrə fəlsəfə doktorları Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr psixoloqları Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Almaniya antikommunistləri Kateqoriya:Almaniya psixoloqları