Vahid Məmmədrza oğlu Nadirli () — Bakı Metropoliteni rəisi (1987–1993).
Həyatı və fəaliyyəti Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dəmiryol Nəqliyyatı Texnikumunun, daha sonra isə Rostov Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunun dəmiryollarının istismarı üzrə mühəndis ixtisasını bitirmişdir. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmiryolunun hərəkət xidmətindən başlamışdır. Burada o, Bakı dəmiryolu sərnişin stansiyasının stansiya növbətçisi, Azərbaycan dəmiryolunun Bakı hissəsinin qatar dispetçeri işləyib. 1974–1975-ci illərdə Bakı metropolitenində böyük qatar dispetçeri kimi fəaliyyətini davam etdirib. 1979-cu ildə Azərbaycan dəmiryolu Bakı şöbəsi rəisinin hərəkət hissəsi üzrə müavini, 1980-ci ildə "Biləcəri" stansiyasının rəisi, 1980–1983-cü illərdə Azərbaycan dəmiryolunun Gəncə bölməsinin rəisi, sonradan Respublika Nazirlər Sovetinin nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 1987-ci il fevralın 21-də Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 10 noyabr 1993-cü ildən Azərbaycan Dəmiryolu idarəsinin rəhbəri olmuşdur.
Vahid Nadirli 2 avqust 2017-ci ildə Bakıda vəfat edib.
Mükafatları "Fəxri dəmiryolçu" döş nişanı "Şərəf nişanı" ordeni SSRİ Yollar Nazirliyinin xatirə qol saatı
İstinadlar
Kateqoriya:Bakı Metropoliteninin rəhbərləri Kateqoriya:Azərbaycan Dəmir Yollarının rəhbərləri