Lankaster () —  Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər. Şəhər 2013-cü ildə Kaliforniyanın ən böyük 31-ci şəhəri seçilmişdir. Lankaster, Los-Ancelesin 112.5 km (70 mil) şimalında yerləşir. 2015-ci ildə Lankaster şəhərinin əhalisi 168,049 nəfər idi.

Coğrafiyası Şəhərin ümumi sahəsi 245 km²-dir. Bunun 244 km²-i (94.5 mi²) qurudan və 0,78 km²-i (94.3 mi²) (0,29%) isə sudan ibarətdir. Lankaster dəniz səviyyəsindən 720 metr (2,350 fit) yüksəklikdə yerləşir. Şəhər toxunulmamış dağ silsilələri ilə əhatə olunmuş bir düzənlikdə yerləşir.

Əhalisi 2010-cu ildə keçirilmiş ABŞ əhali siyahıyaalmasına əsasən, Lankaster şəhərinin əhalisi 156,633 nəfərdir. Əhalinin sıxlığı 639.6/km² (1,656.7 mi²) idi. Şəhərin irqi tərkibi 49.6%-i (77,734) ağlardan (34.2% qeyri-ispandilli ağ), 20.5% (32,083) afroamerikalılardan, 1.0%-i (1,519) hindilərdən, 4.3%-i (6,810) asiyalılardan (2.2% filippin, 0.4% çinli, 0.4% hind, 0.3% vyetnamlı, 0.3% koreyalı, 0.2% yapon), 0.2%-i (362) pasifik-adalılardan, 19.0%-i (29,728) digər irqlərdən, 5.4%-i (8,397) isə, qarışıq insanlardan ibarətdir. Şəhərdə 59,596 (38.0%) ispandilli və ya latino yaşayır.

2010-cu ildə keçirilmiş ABŞ əhali siyahıyaalmasına əsasən, 148,374 nəfər (Əhalinin 94.7%-i) ev təsərrüfatında, 1,484 nəfər (0.9%) qeyri-təşkilatı mənzillərdə, 6,775 nəfər (4.3%) isə, təşkilati mənzillərdə yaşayırdı.

İdman

Beysbol İkinci dərəcəli beysbol klubu olan Lankaster Cet-Hauksun mərkəzi Lankaster şəhərindədir. 2012-ci ildə Cet-Hauks ilk dəfə Kaliforniya Liqa Çempionatının qalibi olmuşdur.

Basketbol Los-Anceles Slem () 2008-ci ildə qurulan və Amerika Basketbol Assosiasiyasının üzvü olan basketbol klubudur. Klub 2011-ci ildə Lankasterə köçürülmüşdür.

Həmçinin bax Los-Anceles Los-Anceles (dairə)

İstinadlar

Xarici keçidlər rəsmi ven-saytı Lankaster Ticarət Palatası Antilop Vadisinin Söz və Şəkillərdə İctimai Tarixi: Los-Anceles Dairəsi İctimai Kitabxanası

Kateqoriya:Kaliforniya şəhərləri Kateqoriya:1977-ci ildə yarananlar