Nabors Industries — Neft hasilatı üzrə fəaliyyət göstərən beynəlxalq enerji şirkəti. Baş korporativ ofisi ABŞ-nin Hyuston şəhərində yerləşir. Nabors quru üzərində yerləşən (land drilling) neft qurğularının sayına görə dünyanın ən böyük neft istehsalçısı hesab edilir. Beləki, şirkətin hazırda 25-dən çox ölkədə 500-dən çox neft qurğusu.

Tarixi Şirkət 1968-ci ildə Anglo Energy adı ilə yaradılıb. 2000-ci ildən bəri Nabors İndustries adlanır. Son illərdə, quruda neft istehsalatı üzrə dünyanın lideri sayılır. Antoni Petrello 2012-ci ildən bəri şirkətin rəhbəri və idarə heyətinin prezidenti vəzifəsini icra edir. Şirkətin 30,000-dən çox işçisi var. Nabors İndustries dünyanın 6 qıtəsində, 25-dən çox ölkədə fəaliyyət göstərir. Ən böyük əməliyyatlar ABŞ, Səudiyyə Ərəbistan, Kolumbiya, Rusiya və Kanada kimi ölkələrdə icra edilir.

Mənbə Rəsmi səhifə Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Hyuston şirkətləri