İqor Qorbenko — Ukraynanı təmsil edən yüngül atlet. İqor Qorbenko, 1996 Atlanta Paralimpiadasında bürünc medal, 2000 Sidney Paralimpiadasında isə gümüş və bürünc medal qazanıb.
Karyerası İqor Qorbenko, 1996-cı ildə Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan X Yay Paralimpiya Oyunlarına qatıldı. F11 tipində üçtəkanla tullanma yarışlarında o, bürünc medal qazandı.
Daha sonra İqor Qorbenko, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarına qatıldı. O, F12 tipində uzunluğa tullanma yarışlarında gümüş medala, F12 tipində üçtəkanla tullanma yarışlarında isə bürünc medala sahib oldu.
İqor Qorbenko, 1996-cı ildə Ukrayna Prezidentinin fəxri fərqlənmə nişanı ilə, 2000-ci ildə isə II dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edildi.
İstinadlar
Kateqoriya:1996 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:1996 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2000 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2000 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2004 Yay Paralimpiya Oyunlarında yüngül atletlər