Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; ) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı;Ismāʿīl I , in Encyclopædia Britannica, online ed., 2011Woodbridge Bingham, Hilary Conroy, Frank William Iklé, A History of Asia: Formations of Civilizations, From Antiquity to 1600, and Bacon, 1974, p. 116. Azərbaycan şairi, Azərbaycan türklərinin piri.Vladimir Minorsky. "The Poetry of Shah Ismail", Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 10. No. 4, 1942, p. 1006a. "(Godhead) came to speech in the person of Khatai, (who) became the pir of the Turks (of Azarbayjan)" O, 1501-ci ilin iyul ayında Təbriz şəhərində özünü şah elan edib.Ричард Траппер. Шахсевид в Севефидной Персии // Вестник Школы восточных и африканских исследований. — Лондонский университет, 1974. — Вып. 37 (2). — С. 324.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.

Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar olaraq "Şah İsmayıl Xətai" olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində,G. Doerfer, "Azeri Turkish", Encyclopædia Iranica, viii, Online Edition, səh. 246. qismən də fars və ərəbcə yazmışdır.

Soykökü I Şah İsmayılın 6-cı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334). Bir sıra Səfəvi mənbələri Səfəvi əcdadlarının tarixçəsini Şeyx Səfiəddinin yeddinci əcdadı olan və XI əsrdə yaşadığı güman edilənR. Savory. İran under the Safavids. Cambridge, 1980, p. 2 Firuzşah Zərrinkülaha bağlayırlar və onun yeddinci şiə imamı Musa əl-Kazımın nəslindən gəldiyini bildirirlər. Lakin araşdırmalar nəticəsində belə bir fikir irəli sürülmüşdür ki, Firuzşahı İmam Musa əl-Kazım vasitəsilə Peyğəmbər və imamlar nəslinə bağlamaq cəhdi Səfəvilər sülaləsinin hakimiyyətə gəldiyindən sonra hökmranlıqlarının legitimliyini əsaslandırmaq məqsədini güdürdü.M. Abbaslı. Safeviler’in kökenine dair // TTK, "Belleten", sayı: 158, Ankara 1976, s. 287–329N. Musalı. I Şah İsmayılın hakimiyyəti. Bakı, 2011, s. 87 Tarixşünaslıqda Səfəvi əcdadlarını qeyri-türk etnoslarla əlaqələndirmək üçün müəyyən cəhdlər edilmiş, Firuzşahın Cənubi Ərəbistandan (Yəməndən),W. Hinz. Uzun Hasan ve Şeyh Cüneyd. Ankara, 1992, s. 5, 109 KürdüstandanƏ. Kəsrəvi. Azəri ya zəban-i bastan-i Azərbaygan. Tehran, 1304, s. 26Z. V. Toğan. Sur l`origines des Safawides // Melanges Louis Massignon, t. III və hətta Fars vilayətindən köçərək, Azərbaycanın Ərdəbil nahiyəsinə gəldiyiR. Ghirshman, V. Minorsky and R. Sanghvi. Persia – the immortal Kingdom. London, 1971, p. 140 barədə iddialar ortaya atılmışdır. Lakin tədqiqatlar dərinləşdikcə bir sıra yerli və əcnəbi alimlər Səfəvi əcdadlarının türk mənşəli olduqlarını təkzibedilməz dəlillərlə təsbit etmişlər.М. Аббаслы. К вопросу о происхождении Сефевидов // "Известия" АН Азерб. ССР (серия литературы, языка и искусства), 1973, № 2, с. 36–53О. А. Эфендиев. Азербайджанское государство Сефевидов в X XVI веке. Баку,1981, с. 39–41В. В. Бартольд. Иран: исторический обзор. Ташкент, 1926, с. 45;В. В. Бартольд. Сочинения, т. II, ч. I. Москва, 1963, с. 748, 780;И. П. Петрушевский. Государства Азербайджана в XV веке // ССИА, вып. I, Баку, 1949, с. 205;О. К. Walsh. The Historiography of Ottoman-Safavid Relations in 16-th and 17-th Centuries // Historians of the Middle East. Oxford Üniversity Press, 1962, p. 204;R. Nur. Türk Tarihi, V c., İstanbul, 1923, s. 114;İ. H. Uzunçarşılı. Osmanl Tarihi. II c. Ankara, 1988, s. 225;N. Musalı. I Şah İsmayılın hakimiyyəti. Bakı, 2011, s. 87–88;T. H. Nəcəfli. Səfəvi-Osmanlı münasibətləri, Bakı, Turxan, 2015, s.15–34

Səfəvi sülaləsinin kökü Azərbaycan ailələrindən olduğu, Şeyx Səfinin özünün də lap gəncliyindən, hətta fars vilayətlərində də olduğu sıralarda Türk Piri, Türk oğlu kimi tanındığı orta çağların bir çox qaynaqlarında təkrar təkrar yazılmışdır.Abbaslı M., Safevilerin Kökenine Dair, Belleten XL, Ankara 1976, s. 313

V. V. Bartold Səfəvilər sülaləsinin türkmənşəli olduğunu qeyd edərək yazırdı ki,

"Ərdəbil şeyxləri, şübhəsiz, fars mənşəli deyil, Türk mənşəli idilər".Бартольд В. В., Сочинения, т. II, ч. 1, М., 1963, стр. 748 İ. P.Petruşevski də analoji fikirdə olub, Səfəvilər sülaləsinin əslən Cənubi Azərbaycandan, Ərdəbildən olduğunu, Səfəviyyə sufi-dərviş təriqətinin irsi şeyxləri olduğunu yazırdı və əlavə edirdi ki, "ilk Səfəvi şeyxləri Ərdəbildə yaşayırdı, onların doğma dili Azərbaycan dili idi".Петрушевский И. П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI-начале XIX вв., Ленинград, 1949, с. 36;И. П. Петрушевский. Государства Азербайджана в XV в., стр 205;В. В. Пигулевская, А. Ю. Якубовский, И. П. Петрушевский, Л. В. Строева и А. М. Беленицкий. История Ирана с древнейших времен до конца 18 века. Л., 1958, стр. 252 Sufizmin fransız tədqiqatçısı Massinyon Səfəviyyə təriqətini "Suxravərdiyyə dərviş ordeninin Azərbaycan qolu" olduğunu yazır.L. Massignon, Tarika, EJ, vol. IV.

Həyatı 200px|thumb|Gəncədə Şah İsmayılın adına zərb olunmuş iki şahılıq gümüş pul.

Şah İsmayıl Səfəvi 1487-ci il iyulun 17-də nüfuzlu azərbaycanlı ailəsində anadan olmuşdurŞah İsmayıl Xətai , Bioqrafiya.com.. O, ata tərəfdən Şeyx Səfiəddin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdur. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi. Şah İsmayılın iyirmi beşinci babası Əbülqasım Həmzənin, on beşinci babası Qızılbörk Firuzun qəbirləri Ərdəbil yaxınlığındakı Şeyx-Kəhrəlan kəndində indi də durur. Yerli əhali bu qəbirlərə ziyarətgah kimi baxır.

9 iyul 1488-ci ildə Tabasaranda Şirvanşah qoşunu ilə döyüşdə qızılbaşlar məğlub oldu. Şeyx Heydər isə öldürüldü. Ölümündən sonra, Sultan Yaqub tərəfindən İsmayıl, anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə əvvəl erməni monastırı Akdamar qalasında, sonra Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olundu və 5 il burada saxlanıldı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Sultan Rüstəm Səfəvilərdən istifadə etmək məqsədilə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı. Şeyx Heydərin böyük oğlu Sultan Əli atasının işini davam etdirir və həlak olmazdan əvvəl qardaşı İsmayılı təriqət şeyxi vəzifəsinə varis təyin edildi. Sultan Əlinin və Sultan Rüstəm birləşmiş qüvvələri 1493-cü ildə Baysunquru məğlub etdilər. Geri çəkilmək istəyən Sultan Baysunqur döyüşdə öldürüldü. Sultan Rüstəm əsas rəqibini məğlub etdikdən sonra Səfəvilərə qarşı siyasətini dəyişdi. Ərdəbil yaxınlığı Şəməsi döyüşündə Şeyx Sultan Əli məğlub edildi və öldürüldü. Şeyxin ölümündən sonra sufilər İsmayıl və qardaşı İbrahimə Ərdəbildə gizlənməyə görə kömək etdilər. Onların ardınca Heydərin oğlanlarını hər vasitə ilə tutmaq və məhv etmək tapşırığını almış Eybə Sultanın dəstələri şəhərə daxil oldular. İsmayıl anası Aləmşah bəyimin onu ilk vaxtlar onları gizlətdiyi Şeyx Səfiəddin məqbərəsini tərk edərək, Qazi Əhməd Kakuli adlı səfəvi müridlərindən birinin evinə köçdü və üç gün ərzində orada qaldı. Yeddi yaşlı oğlan Xancan adlı qadının himayəsinə verildi. Qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlətdikdən sonra Rəştə, daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətirdilər. O, tanınmış alim Şəmsəddin Lahicini ərəb və fars dillərini öyrətmək, quranı oxumaq üçün İsmayılın və qardaşının tərbiyəçisi təyin etdi.

Hakimiyyəti

Ərzincana yürüş 1499-cu ilin avqustunda Şeyx Heydərin on üç yaşlı oğlu Lahicandan Ərdəbilə yola düşəndə onu bu yolda yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edir: Hüseyn bəy Lələ Şamlı, Abdal bəy Talış, Xadim bəy Talış, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib Taroma gəlirlər. Dayanacaqlar zamanı İsmayılın dəstəsinə "Rum və Şam" tayfalarından tərəfdarlar qoşulurdular. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi. Oradan Qızılbaşlar Ərdəbilin cənub-qərbində yerləşən Xalxal tərəfə irəlilədikdən sonra qışı keçirmək üçün Xəzər dənizi yaxınlığında, Ərçivan adlı yerə gəldilər. 1500-cü ilin yazında şeyx İsmayıl Ərçivandan Araz çayının şimalındakı dağlıq rayonuna, Göyçə gölünün cənub sahillərinə doğru hərəkət etdi. Burada Qızılbaşlara ərəşli və zülqədər tayfaları qoşuldular.

İsmayıl Çuxursədi keçdikdən sonra Doqquz Ulam adlı yerə gəldi. Burada Kiçik Asiya qızılbaşları dəstəsinə başçılıq edən Qaraca İlyas ona qoşuldu. İsmayıl daha sonra öz dəstəsi ilə Kiçik Asiyaya doğru hərəkət etdi və ustaclı tayfasının yaşadığı Mingöl yaylağına gəldi. O, Tərcan ərazisindəki Kağızmandan və Sarıqaya yaylağından keçərək Ərzincana çatdı. Şeyx İsmayıl Azərbaycandan Kiçik Asiyaya keçənə qədər şamlı, rumlu, ustaclı, zülqədər, qacar, təkəli, əfşar, varsaq tayfalarından, Qaradağ sufilərindən ibarət 7000 qazi toplanmışdı.

Ərzincanda, qızılbaş ağsaqqalarının müşavirəsində hərbi yürüşün istiqaməti məsələsi müzakirə olunmuşdu. Bəziləri qüvvələrinin kifayət qədər olmamasını əsaslandırıb, qarşıdan gələn qışı Ərzincanda keçirməyi və əlavə qüvvələr gəlməsini gözləməyi, yaz gəldikdə isə (1501-ci il) Azərbaycana, Əlvəndə qarşı yürüşə başlamağı, digərləri qarşıdan gələn qışda Gürcüstanda cihad həyata keçirməyi, üçüncülər isə, Çuxursəd ərazisinə yola düşməyi və orada qışlamağı təklif edirdilər. Lakin bu təkliflərdən heç biri qəbul olunmadı. Qərara alındı ki, İsmayıl Şirvanşah Fərrux Yasara qarşı yönəldilsin.

Şah İsmayılın döyüşü

thumb|Şah İsmayıl və Şirvanşah Fərrux Yasar arasında baş verən Cabanı döyüşünü əks etdirən 1541-ci ilə aid rəsm.