Vasili İstratov (; ) — Rusiya dövlət xadimi, diplomat. 2006–2009-cu illərdə Rusiya Federasiyasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur.
Həyatı Vasili İstratov 1954-cü il dekabrın 30-da Moskva şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, həmin universitetin aspiranturasını bitirmişdir. Fransız və ingilis dillərini bilir. Tarix elmləri namizədidir. 1991-ci ilə qədər — M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Böyük Britaniya tarixindən dərs deyib. 1999 — 2003 — Rusiyanın İrlandiyadakı səfirliyinin məsləhətçi-elçisi. 2003 — 2006 — Rusiya XİN-in Şimali Amerika Departamentinin direktor müavini. 29 may 2006 — 24 fevral 2009 — Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri.
2009-cu ildən sonra — Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədova məxsus Teymur Əhmədov adına "AzNar" QSC-nin direktorlar şurasının üzvüdür. "Rus dünyası" Fondunun icraçı direktorunun birinci müavinidir.
Şəxsi həyatı Evlidir, bir qızı var.
Diplomatik rütbəsi 2-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi (7 noyabr 1997). 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi (17 dekabr 2008).
İstinadlar
Xarici keçidlər Kommersant.ru saytında bioqrafiyası
Kateqoriya:Rusiya diplomatları Kateqoriya:Rusiya Federasiyasının Azərbaycandakı səfirləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Moskva Dövlət Universitetinin məzunları Kateqoriya:Moskva Dövlət Universitetinin müəllimləri Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:XX əsrin diplomatları