Voyçex Vitold Yaruzelski (; ) — Polşa dövlət və hərbi xadimi, keçmiş kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı. Polşa Xalq Respublikasının Milli müdafiə naziri (1969–1985) və baş nazir (1981–1985), Polşa Birləşmiş Fəhlə Partiyasının birinci katibi (1981–1989), Dövlət Şurasının sədri (1985–1989) və 1989–1990-cı illərdə Polşa Xalq Respublikasının və kommunizmdən sonrakı dövrdə Polşa Respublikasının ilk prezidenti olmuşdur.
Həyatı Voyçex Yaruzelski 1923-cü il iyulun 6-da kəndli ailəsində doğulub.
Voyçex Yaruzelski Polşa Hərbi Akademiyasını bitirib. 1960-cı illərdən Polşa Silahlı Qüvvələrində yüksək vəzifələr tutub. 1981-ci ildə Polşa Xalq Respublikasının baş naziri, sonra Polşa Kommunist Partiyasının birinci katibi, Dövlət Şurasının sədri olub.
1989–1990-cı illərdə Polşa prezidenti postunu tutub.
Voyçex Yaruzelski 1981-ci ildə Lex Valensanın "Solidarnost" təşkilatı inqilaba qalxanda Polşada hərbi vəziyyət elan etməklə hakimiyyəti ələ alıb, 1990-cı ildə isə siyasətdən birdəfəlik çəkilib.
Voyçex Yaruzelski 25 may 2014-cü ildə 91 yaşında Varşava Hərbi Tibb İnstitutunun hospitalında vəfat edib.
Həmçinin bax Katın qırğını
İstinadlar
Kateqoriya:Polşa siyasətçiləri Kateqoriya:Polşa prezidentləri Kateqoriya:Polşa hərbçiləri Kateqoriya:Polşa uzunömürlüləri Kateqoriya:Varşavada vəfat edənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:SSRİ-də repressiya qurbanları