Nikolay Ryabov (; ) — Rusiya dövlət xadimi, diplomat. Fövqəladə və Səlahiyyətli səfir (1996).
Həyatı Aleksandr Bloxin 1946-cı il dekabrın 9-da Rostov vilayətinin Salsk şəhərində anadan olub. O, Salsk Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1966-cı ildən 1977-ci ilə kimi Budennı adına at zavodunda traktorçu kimi çalışıb. 1972–1973-cü illərdə "Salskselmaş" zavodunda mühəndis vəzifəsində işləyib. 1973–1990-cı illərdə Salsk Kənd Təsərrüfatı Texnikumununda müəllim və direktor müavini işləyib. 1979-cu ildə Rostov Dövlət Universitetinin (axşam şöbəsi) hüquq fakültəsini bitirib.
Siyasi fəaliyyəti 1990–1991 — RSFSR Ali Sovetinin qanunvericilik üzrə komitəsinin alt komitəsinin sədri. 2 oktyabr 1991 – 23 dekabr 1992 — Rusiya Ali Sovetinin Respublika Şurasının sədri.Постановление Совета Республики Верховного Совета Российской Федерации от 23 декабря 1992 года № 4203—I "Об освобождении Н. Т. Рябова от должности Председателя Совета Республики Верховного Совета Российской Федерации" // Ведомости Съезда народных депутатов Российской Федерации и Верховного Совета Российской Федерации от 14 января 1993 года, № 2, Ст. 88 14 dekabr 1992 – 23 sentyabr 1993 — Rusiya Federasiyası Ali Sovetinin sədrinin müavini.
MSK rəhbərliyi 24 sentyabr 1993 – 14 noyabr 1996 — Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri. 1993 və 1995-ci illərdə Dövlət Dumasına keçirilən seçkilərdə və 1996-cı il prezident seçkiləri zamanı seçki prosesinə rəhbərlik edib.
Diplomatik fəaliyyəti 12 noyabr 1996 – 9 sentyabr 2000 — Rusiya Federasiyasının Çexiyadakı Fövqəladə və Səlahiyyətli səfiri. 9 sentyabr 2000 – 19 oktyabr 2004 — Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri. 19 oktyabr 2004 – 27 iyul 2007 — Rusiya Federasiyasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri. 2007-ci il iyulun 27-də Moskvaya geri çağırıldıqdan sonra isə təqaüdə çıxıb.
Şəxsi həyatı Ailəlidir, bir oğlu var.
Diplomatik rütbəsi Fövqəladə və səlahiyyətli səfir (12 noyabr 1996).
İstinadlar
Xarici keçidlər Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin saytında bioqrafiyası
Kateqoriya:Rusiya diplomatları Kateqoriya:Rusiya Federasiyasının Azərbaycandakı səfirləri Kateqoriya:Traktorçular Kateqoriya:"Azad Rusiyanın müdafiəçisi" medalı ilə təltif olunanlar Kateqoriya:SSRİ hüquqşünasları Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:SSRİ siyasətçiləri Kateqoriya:Rusiya hüquqşünasları Kateqoriya:XX əsr mühəndisləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasını tərk edənlər