Aşşur çarlığı və ya Assuriya (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış, Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli qədim dövlət.
Aşşur çarlığı Babildən şimalda yaranmışdır. Bu dövlət e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta uğradıldı və torpaqları iki dövlət tərəfindən bölündü.
Xronologiya E. Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu. E.ə. 8.-7. əsrlər Aşşur dövləti Babili, Suriyanı, Fələstini işğal etdi. E.ə. 612-ci il Nineva Midiya və Babil qoşunları tərəfindən tutuldu. E.ə 605-ci il Aşşur dövləti süqut etdi.
Qədim Assuriya dövrü 80px|thumbnail|right|Qədim assuriyalı Aşşur çarlığı bir neçə şəhərlərin birləşməsindən yaranmışdı. Bu birləşmənin paytaxtı Aşşur şəhəri idi. O dövrdə Aşşur şəhəri o qədər də inkişaf etməmişdi. Qədim Assuriya dövləti birləşmələr şəklində olsa da hökmdarlara malik idi. Qədim Assuriya hökmdarları çadırda yaşayanlar kimi qələmə verilirdi. Bu da onu göstərir ki, Assuriyada maldarlıq yüksək inkişaf etmişdi.
O dövrün Assuriya tacirləri əsasən Kaniş və Qasur şəhərlərində məskunlaşmışdılar. III Ur sülaləsinin hakimiyyəti dövründə Assuriya hökmdarı Zarikum III Ur hökmdarı I Bur-Sindən asılı idi. E.ə III minillikdə Aşşur şəhər dövlətinin başında sami mənşəli sülalə dururdu. Bu sülalənin hökmdarları Akkad mənşəli adlar qəbul edirdilər. Bu dövrdə Assuriya beynəlxalq ticarətdə mühüm rol oynayırdı. Assuriya hökmdarları əsasən daxili işlərlə məşğul olur, xarici işlərə qarışmırdılar. Onlar həm də dini hakimiyyətə sahib idilər və ali kahin rütbəsi daşıyırdılar. Məhkəmə və inzibati işlərə ukullum adlı məmur baxırdı, o seçkilər vasitəsilə seşilirdi. Aşşurda ağsaqqallar şurası mövcud idi və bura adlı-sanlı ailələrin üzvləri və quldar əyanlar daxil idilər. Bu dövrdə xalq yığıncağı öz əhəmiyyətini itirmişdi. Şura üzvlərindən biri bir il müddətinə rəhbər seçilir, belə şəxs limmu adlanır, xəzinənin açarını daşıyır və cari il onun adına adlandırılırdı.
Assuriyada əsas torpaqlar icma torpaqları idi və kəndlilərə məxsus idi. Qul əməyindən geniş istifadə edilirdi. Kasıb ailələr öz övladlarını qul kimi verirdilər, borc köləliyi də geniş yayılmışdı. E.ə XIX əsrin əvvəllərində yaranmış siyasi vəziyyət Assuriya dövlətçiliyinə və iqtisadiyyatına mənfi təsir göstərdi. Het dövlətinin yaranması Assuriya ticarətinin tənəzzülünə səbəb oldu. Qərbə gedən ticarət yolları hetlərin əlinə keçdi. Şərqdə isə lullubi və kuti dövlətlərinin süqutu nəticəsində ticarət əlaqələri tamamilə zəiflədi. Ticarət yollarının bərpasına zəmin yarandı. Bütün bu hadisələr işğalçılıq siyasətinin yeridilməsinə səbəb oldu. E.ə 1813-cü ildə hakimiyyətə gələn I Şamşi-Adad özünü dünyanın hökmdarı elan etdi. O ilk qüdrətli Assuriya hökmdarı oldu və qərbdə və şərqdə hərbi əməliyyatlara başladı. Qərbdə Mari hökmdarlarını məğlub etdi və Şimali İkiçayarsında olan şəhərləri tutdu. Öz oğlunu bura hakim təyin etdi. Karxemiş hökmdarı ilə ittifaqa girdi və onunla birlikdə Suriyanın Katna şəhərini tutdu. Katna hökmdarı ilə də ittifaq bağladı və onun qızını oğluna aldı. Qərbdə olan ticarət yolları Assuriyanın əlinə keçdi. Sonra o şərqə tərəf yürüş etdi və əvvəlcə Arrapxa və Şuşarra şəhərlərini tutdu. Lakin Şuşarranı öz əlində saxlaya bilmədi və şəhər turukkilərin əlində qaldı. O, Tukriş hökmdarından və bir sıra Yuxarı İkiçayarasında olan hökmdarlardan xərac almaqla kifayətləndi.
I Şamşi-Adaddan sonra e.ə 1797-ci ildə hakimiyyətə oğlu I İşme-Daqan gəldi. Onun dövründə Assuriya əvvəlki qüdrətini itirdi və bir sıra ərazilər llərindən çıxdı. Mari hökmdarı Zimirlim yenidən müstəqil siyasət yeritdi. Şamşara əyalətində kuti və turukkilər ilə münaqişələr baş verdi. I İşme-Daqan turukkilər ilə sülh bağladı və turukki hökmdarı Zazinin qızını oğluna aldı. E.ə 1757-ci ildə Babilistan hökmdarı Hammurapi Aşşur şəhərinə yürüş etdi, I İşme-Daqan Babilistandan asılı vəziyyətə düşdü. Ondan sonrakı Assuriya hökmdarları Mut-Aşkur, Rimuş və Asinum da Babilistan tabeliyini qəbul etdi. E.ə 1732-ci ilə kimi Assuriya Babilistanın hakimiyyəti altında qaldı. E.ə XVI əsrdə qərbdə Mitanni dövləti yarandı və Assuriya Mitannidən asılı vəziyyətə düşdü.
Orta Assuriya dövrü E.ə. XV əsrdə assurlular yenə də gücləndilər. Bu dirçəliş dövrünə orta Assur dövrü deyilir. Onlar misirlilərlə ittifaqa girərək, rəgiblərini məğlub etməyə başladılar. Çarlar I Ədad-Nərari və I Səlmanasar Mitanni üzərində qələbəyə nail oldular. Çar I Tikulti-Ninurta Suriyaya qarşı uğurlu yürüş təşkil etdi, sonra isə Babili ələ keçirdi. Bu gələbələrdən sonra Assur çarları Cənubi Qafqaza qədər irəliləyə bilmişlər. Lakin e.ə. XII əsrdə ardı-arası kəsilməyən savaşlar Assuriyanı zəiflətmişdi.
Bundan sonra Assur çarı I Tiqratpalasarın (e.ə. 1115–1077 illər) dövründə imperiya yenə də güclənmişdir. Ətraf ölkələrin zəifliyindən istifadə edərək o, yenə da Suriyaya və Cənubi Qafqaza uğurlu yürüşlər təşkil edə bilmişdir. 150px|thumbnail|left|Çar II Sarqonun sarayının önündə Qanadlı Assur öküzü (E.ə. 883–859) Metropolitan incəsənət muzeyi, Nyu-York. Eyni zamanda Assur-Babil savaşları da aparılırdı. E.ə. XII–XI əsrlərdə Assuriya üzərinə Ərəbistan yarımadasından gələn köçəri arami tayfaları basqınlar etməyə başlamışlar. Onlar kütləvi şəkildə Assuriya ərazisinə köçürdülər. Tədricən aramilər yerli əhali ilə qarışdılar. Bu hadisələr yenə də imperiyanın dağılmasına gətirib çıxarmışdır.
Ancaq Assurun tarixi məkanı və ətraf şəhərlər aramilərin kütləvi axınından nisbətən az zərər çəkmiş və müəyyən qədər öz gücünü qoruyub saxlaya bilmişlər. E.ə. I minilliyin əvvəlində Assurla qonşu dövlətlər və tayfalar (Misir, Babil, Mitanni və s.) zəifləmişdi. Bundan yararlanaraq, assurlular yenə də imperiyanı dirçəldə bilmişlər. Bu olaylardan sonra, Assurun sonuncu tarixi dövrü başlanmışdır.
300px|thumbnail|Nimruddan olan və üzərində şir ovu təsvir edilən barelyef. E. ə. 883–859-cu illər. Perqam muzeyi, Berlin E.ə. IX əsrdə öz güdrətini bərpa edərək, Assur dövləti Mesopotamiyanın şimalında və Suriya istiqamətində uğurlu savaşlar aparmışdır. Nəticədə onun orduları Aralıq dənizinin sahillərinə çıxa bilmişdilər. Suriya və Finikiyanın şəhərləri onlara vergilər verməyə başladılar. Bu istilaların nəticəsində regionda dəniz və qurudan keçən bütün ticarət yolları assurluların nəzərəti altına keçmişdi. Şərq istiqamətində isə assur qoşunu midiyalıları məğlub etmişdi. Bütün bu qələbələri II Assurnəsirapal (e.ə. 883–859 illər) və onun oğlu III Səlmanasar (e.ə. 859–824 illər) çarları əldə etmişlər. III Səlmanasarın dövründə şimalda Urartu dövləti ilə də savaşlar gedirdi.
Aparılan uğurlu savaşlar imperiya xəzinəsinə külli miqdarda sərvət gətirmişdi. Bunun nəticəsinda Assur və bir sıra başqa şəhərlərdə böyük həcmli inşaat işləri aparılırdı: yeni yollar, məbədlər, saraylar, qalalar qurulurdu. Bu dövr ərzində Assur çarları iqaməkgahlarını yeni paytaxta – Kalhu (və ya Nəmrud) şəhərinə köçürmüşdülər. Bu şəhərdə də eyni inşaat işləri aparılırdı.
Ancaq e.ə. IX əsrin sonu, VIII-ci əsrin əvvəlində Assuriya yenə də zəifləmişdi, ardı-arasi kısilməyən savaşlarla davam gətirə bilmirdi. İmperiyanın ayrı-ayrı yerlərində üsyanlar başlamışdır. Onların yatırılması üçün əlavə qüvvələrə ehtiyac duyulurdu. Eyni zamanda daxildə də parçalanma baş vermişdi: tacir zümrəsi, ticarətlərinə ziyanlı olduğuna görə, savaşlara son qoyulmasını tələb edirdi, qoşun başçıları isə qənimətlər əldə etmək üçün savaşları davam etdirmək istəyirdilər.
Bu zaman şimalda güclənən Urartu dövləti e.ə. 746–745-ci illərdə assurluları məğlub etmişdi.
Yeni Assuriya dövrü Bundan sonra Assuriyanın yeni və son tarixi başlamışdır. O zaman Assuriya dünya tarixində ilk imperiyaya çevirilmişdir. Başqa araşdırmaçılar isə hesab edir ki, ilk imperiyanı hələ akkadlılar yaratmışlar.
Urartuya qarşı Kalhuda üsyan başlanmış və hakimiyyətə çar III Tiqratpalasar (e.ə. 745–727) gəlmişdir. O dövlət quruculuğunda bir sıra islahatlar aparmış və sonra Midiya, Babil və başqa dövlətlərə qarşı yeni uğurlu savaşlara başlamışdır. Rəqiblərini məğlub edərək, Tiqratpalasar xalqların köçürülməsi və qarışdırılması siyasətini aparırdı.
Ondan sonra hakimiyyətə kələn V Səlmanasar bu siyasəti davam etmişdir, Ancaq saray çevrilişi nəticəsində onu çar II Şarrumken (e.ə. 722–705 illər) əvəz etmişdir. Yunanlar ona Sarqon deyirdilər. Onun çarlığı zamanı assurlular İsrail çarlığını darmadağın etmiş, əhalisini isə vətənlərindən başqa yerlərə köçürmüşdür. Daha sonra o Urartu dövlətinə ağır zərbələr endirmiş və Babil uğrunda savaşlar aparmışdır.
Şarrumkenin oğlu Sanheriv (Sinaherib) (e.ə. 705–681 illər) də Babil uğrunda savaşlar aparmışdır. Qərb istiqamətinə assurlular e.ə. 701-ci ildə Yəhudi çarlığına qarşı hücuma keçərək, onun baş şəhəri Qüdsü müasirəyə almışdı. Yəhudilər assurlulara vergi vermək məcburiyyətində qalmışlar.
Sonra Assur qoşunu Misirə tərəf irəliləmişdir, ancaq burada onlan Sanherivin saray çevrilişi nəticəsində qətlə yetirildiyi xəbərini aldılar.
Sanherivdən sonra hakimiyyət onun oğlu Assurahiddinə (yunanca Asarhaddon) (e.ə. 681–669 illər) keçmiş və o atasının istilaçı siyasətini davam etdirmişdi. O şimalda Finikiya şəhərlərinə qarşı yürüşlər etmiş, Kıbrıs (Kipr) adasını öz hakimiyyətinə tabe etmişdir. E.ə. 671-ci ildə, o Misiri ələ keçirib, özünü həm də Firon elan etmişdi. Sonra o üsyan etmiş Babilə qarşı yürüşə başlamış, ancaq yürüş zamanı vəfat etmişdi.
Nəhayət hakimiyyətə sonuncu güdrətli Assur çarı Assur-banu-apli (Aşşurbanipal) gəlmişdir (e.ə. 669–626 illər). O çox savadlı və ağıllı adam olmuşdur: bir neçə xarici dilləri, ədəbiyyatı, riyaziyyatı, astronomiyanı və bir sıra başqa elmləri bilirdi. O maarifçiliklə məşğul olmuşdur. Aşşurbanipal bizim zamanəmizə qədər çatmış məşhur kitabxana yaratmışdır. Orada 20000-ə yaxın gil lövhələrində yazılmış müxtəlif mətnlər yerləşdirilmişdir. Bundan başqa, onun hakimiyyəti zamanı böyük həcmli inşaat işləri aparılırdı.
Ancaq o zaman dövlət işləri heç də yaxşı vəziyyətdə olmamışdır. Assus hakimiyyətinə qarşı bir çox vilayətlərdə — Kıbrısda, Suriyada, Misirdə, Elamda, Midiyada, Babildə — üsyanlar başlamışdır. Xarici vəziyyət də gərginləşmişdir, urartulular və mannalılar Assura qarşı savaşlara başlamışlar. Yalnız e.ə. 639-cu ilə qədər gedən ardı-arası kəsilməyən qanlı savaşlar nəticəsində Aşşurbanipal bu üsyanların əksəriyyətini yatırıb, xarici müdaxilənin isə qarşısını ala bilmişdir. Ancaq bu Assuriyanın sonuncu uğurları olmuşdur.
Aşşurbanipalın ölümündən sonra, imperiyada durum həddən artıq gərginmişdir. Yenə də kütləvi üsyanlar, xarici basqınlar başlamışdır. Üstəlik ölkəni və çar sarayını özbaşınalıq, mənəviyyatsızlıq, əxlaqsızlıq dalğaları bürümüşdür. Yeni çar Sinşariuşqun (yunanca Sardanapal) zəif şəxsiyyət olmuş və bu problemləri həll edə bilməmişdir.
Bundan sonra hadisələr surətlə inkişaf edirdi. E.ə. 627–625-ci illərdə Babil və Midiya imperiyadan ayrılaraq, Assuriyaya qarşı savaşa başlamışdılar. E.ə. 614–612-ci illər arası onlar assurlulara sarsıdıcı zərbələr endirmiş, imperiyanın mərkəzləri olan Assur və Ninova şəhərlərini ələ keçirərək, Assuriyanın varlığına son qoydular Bundan sonra bütün Assuriyanın şəhərləri dağıdılmış, assur hakimiyyət dairələri, məmurlar və zadəganlar öldürülmüşdür. Assur xalqının bir hissəsi məhv edilmiş, digər hissəsi isə başqa xalqlarla qarışaraq tarixdən silinmişdir. Onların az bir qismi bu gün də qalmaqdadır. Bununla da Assuriyanın tarixinə son qoyuldu.
Assuriya ordusu Assuriya qoşunlarının sayı 120 min nəfərə çatırdı. Qoşun piyada, atlı və döyüş arabalarından ibarət idi.