Hadisələr 1 yanvar: SSRİ-də 7 saatlıq iş rejiminə keçilməsinin başa çatması. Nikaraqua prezidenti vəzifəsinə Liberallar partiyasından seçilən Xuan Batista Sakasanın təyin edilməsi. 2 yanvar — ABŞ ordusunun sonuncu əsgərinin Nikaraqua ərazisini tərk etməsi. 15 fevral — terrorçu Cüzeppe Zinqara tərəfindən ABŞ-nin yenicə seçilmiş prezidenti Franklin Ruzveltə sui-qəsd cəhdi edilməsi. 16 fevral — Almaniyanın gələcək təcavüzü qarşısında bir araya gələn Çexoslovakiya, Rumıniya və Yuqoslaviya tərəfindən "Kiçik Antanta" ittifaqının yaradılması. 28 fevral — Almaniyada şəxsiyyət, söz, mətbuat, yığıncaq və ittifaq azadlığını ləğv edən fövqəladə qanunların qəbul edilməsi. 4 mart — Franklin Ruzveltin ABŞ prezidenti vəzifəsində Herbert Huveri əvəz etməsi. 8 mart — Avstriyada söz və yığıncaq azadlıqlarının ləğv edilməsi. 15 mart — E.Dolfus hökuməti tərəfindən Avstriya parlamentinin buraxılması, avtoritar idarəetmə sisteminin elan edilməsi. 19 mart — Portuqaliyada ölkədə unitar korporativ respublikanın yaradılmasını elan edən yeni konstitusiyanın qəbul edilməsi. 26 aprel — Almaniyada Gestaponun yaradılması. 15 may — SSRİ-də Çelyabinsk Traktor Zavodunun istifadəyə verilməsi. 20 iyun — SSRİ Prokurorluğunun təsis edilməsi. 22 iyun — Almaniyada Almaniya Sosial-Demokrat Partiyasının buraxılması. 4 iyul — Almaniyada Bavariya Katolik Partiyasının, "Mərkəz" Partiyasının və Xalq Partiyasının buraxılması. 8 iyul — Maqnitoqorsk Metallurgiya Zavodunda ilk marten peçinin istifadəyə verilməsi. 15 iyul — Ural Ağır Maşınqayırma Zavodunun (Uralmaş) istifadəyə verilməsi. 4 avqust — Kubada ümumi tətilin başlanması. 14 avqust — Kubada ümumi tətilin başa çatması. 21 sentyabr — Almaniyada reyxstaqın yandırılması işi üzrə Leypsiq prosesinin başlanması. 16 noyabr — SSRİ ilə ABŞ arasında diplomatik münasibətlərin yaradılması. 5 dekabr — ABŞ-də "quru qanun"un ləğv edilməsi, spirtli içkilərin leqallaşdırılması. 10 dekabr — M.C.Bağırovun AK(b)P MK-nin birinci katibi seçilməsi.

Doğumlar 6 yanvar — Oleq Makarov - rus və sovet kosmonavtı. 7 yanvar — Valdimir Ferapontov - rus və sovet aktyoru. 9 yanvar — Uilbur Smit - CAR yazıçısı. 12 yanvar - Cəlal Tələbani - Keçmiş İraq prezidenti. 17 yanvar — Dalida - İtaliya müğənnisi. 26 yanvar — Musa Mirzəyev, Azərbaycanın xalq artisti, bəstəkar. 10 iyun - Rafiq Mehdiyev - xalq rəssamı, Prezident təqaüdçüsü 11 iyun – Cin Uaylder – ABŞ aktyoru. 17 noyabr — Gülarə Əliyeva - Azərbaycan pianoçusu. 22 noyabr — Rasim Ocaqov - Azərbaycan kinorejissoru və operatoru.

Ölümlər 17 dekabr — Əbdürrəhim bəy Haqverdiyev, Azərbaycan yazıçısı. 8 dekabr — Con Coli, ingilis geoloqu və geofiziki.