Aygün – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur.

Hazırlanması Alboma Azərbaycan bəstəkarları Eldar Mansurov, Cavanşir Quliyev, Vaqif Gərayzadənin əsərləri daxildir. Albomdakı "Bir payız gecəsi" mahnısını erməni müğənni Hayko (Spitakci) Ghevondyan ifa etmiş və öz albomuna daxil etmişdir. Əsərin müəllifi Eldar Mansurovdur.

Mahnıların Siyahısı

Albomdakı video kliplər "Я и ты" — 2000-ci ildə yayımlanan bu video klip dövrünün ən möhtəşəm klipi hesab olunur. 2012-ci ilə qədər YouTube video saytında Azərbaycan klipləri arasında ən çox izlənən video adlı liderliyini qoruyub saxlamışdır.

"Matros" — 2000-ci ildə yayımlanan növbəti klipdir. Klipdəki aşiqin bütün məşuqələrənin rollarını Aygün Kazımova özü ifa etmişdir.

"Məhəbbət üçbucağı" — 2000-ci ildə çəkilən və albomdan yayımlanan son video klipdir. Bir ulduzun həyatından və ona olan fenomen tələbatdan bəhs edən bu klipdə Aygün Kazımovanın günlük yaşantısından çoxlu görüntülər istifadə olunmuşdur. Klipdə Aygün Kazımovanın dostlarına və sənət yoldaşlarına da rast gəlmək mümkündür.

Video Klip Я и ты Məhəbbət üçbucağı

İstinadlar

Mənbə Rəsmi YouTube Kanalı Rəsmi Facebook Səhifəsi Rəsmi İnstagram Səhifəsi

Həmçinin bax

Kateqoriya:Aygün Kazımova albomları Kateqoriya:2000-ci ilin musiqi albomları