thumb|right|"Qurtuluş" məcmuəsi

"Qurtuluş" məcmuəsi — Azərbaycan siyasi mühacirlərinin Almaniyanın Berlin şəhərində nəşr etdikləri məcmuə (jurnal).Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. "Lider-Nəşriyyat". Bakı - 2005

Tarixi

İlk sayı 1934-cü ilin noyabrında, son - 51-ci sayı isə 1939-cu ilin yanvarında işıq üzü görmüşdür. "Qurtuluş" məcmuəsi (jurnalı) da digər siyasi mühacir nəşrlər kimi, bolşevik Rusiyasının əsarətində olan azərbaycanlılara müraciətlə nəşr edilirdi. Xüsusilə, hər il 28 May İstiqlalı, 27 Aprel İstila Günləri məcmuədə daha geniş əks olunurdu.

Jurnaldada Azərbaycan xalqının tarixi, mədəniyyəti, türk dünyası, beynəlxalq məsələlər və s. barədə də dəyərli yazılar verilirdi. Məcmuədə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Mir Yaqub, Hilal Münşizadə, B.Nuhoğlu, Almas İldırım, Cəfər Seyid Əhməd, Əhəd Əlizadə, Kərim Yayçılı və başqalarının məqalələri dərc olunurdu.A.Tahirli. "Azərbaycan mühacirət mətbuatı". 1 hissə. Bakı-2002

"27 Nisan" məqaləsi

B.Nuhoğlu "Qurtuluş" məcmuəsinin 1936-cı il 18-ci nömrəsində dərc etdirdiyi "27 Nisan" ("27 Aprel") məqaləsində yazırdı:

İstinadlar

Ədəbiyyat Şəmşir Səbahəddin, Azərbaycanın İstiqlal mücadiləsi. İstanbul, 2002; Tahirli A., Azərbaycan mühacirət mətbuatı, 2 hissədə, h. 1, B, 2002.

Kateqoriya:Azərbaycan jurnalları