Şerm sahil tipi — Bu sahil tipi tektonik qırılmalarla əlaqədardır. Belə sahillərdə qraben və qırılıb-düşmə tip qırılmalar mühüm rol oynayır. Onlar sahilin formalaşmasına təsir edir. Məlumdur ki,Yer kürəsində ən böyük qırılma zonası Şərqi Afrika qraben sistemidir. Bu sistem yalnız bir qrabendən yox, bir-biri ilə əlaqədar olan bir çox qrabendən ibarətdir. Bu qraben sisteminin ümumi uzunluğu 6000 km-dən çoxdur. Qeyd edilən qraben sistemi Qırmızı dənizin sahil zonasına çatdıqda burada qırılmalarla bağlı olan şerm sahil tipi əmələ gəlir. Səmədov S. S. Məmmədova P. Ə. Geomorfologiya və dördüncü dövr çöküntülərinin geologiyası. Ali məktəblər üçün dərslik. Bakı.2011.134 səh.
Həmçinin bax Abraziya sahil tipi Akkumulyativ sahil tipi
İstinadlar
Kateqoriya:Sahil coğrafiyası Kateqoriya:Relyef formaları Kateqoriya:Sahil və okean relyef formaları Kateqoriya:Sahillər