Atakamit — mineral, Cu2(OH)3Cl

Haqqında Atakamit - Rombik. Habitus. Nazik prizmatik və lövhəvari, bəzən psevdooktaedrik. Ayrılma{010} üzrə mükəmməl, {101} üzrə orta. Aqreqat: qarışıq-kristallik, lifli, dənəvər, sıx, qum şəklində. Rəngi parlaq-ya­şıl, tünd zümrüdü-ya­şıl, qaramtıl-yaşıl. Parıltısı almazıdan şüşəliyədək. Sərtliyi 3-3,5. Xüsusi çəkisi 3,78. Quraqlıq rayonlarda mis yataqlarının oksidləşmə zonasında rast gəlir.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

Kateqoriya:Halogenidlər (minerallar) Kateqoriya:Misin (II) mineralları Kateqoriya:Rombik sinqoniya mineralları Kateqoriya:Hidrooksidlər (minerallar)