thumb|Səfəvi Qızılbaş əsgəri, İranın Sədabad sarayında sərgilənən modeli Qızılbaş (türkcə kızılbaş; Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (Azərbaycan türkü) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar.Roger M. Savory: "Kizil-Bash. In Encyclopaedia of Islam, Vol. 5, pp. 243–245.Savory, EI2, Vol. 5, p. 243: "Kizilbāsh (T. "Red-head"). […] In general, it is used loosely to denote a wide variety of extremist Shi'i sects [see Ghulāt], which flourished in [V:243b] Anatolia and Kurdistān from the late 7th/13th century onwards, including such groups as the Alevis (see A. S. Tritton, Islam: belief and practices, London 1951, 83)."

Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar.Qızılbaşlıq haqqında. Əbiləv, Zeynalov nəşriyyatı. Bakı: 1997, s.3

Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idiC. Brockelman. İslam milletleri ve devletleri tarihi. 1.(1–3. Kisimlar). Çeviren; Prof. Dr. Neşet Caqatay. 2. Baskı. Ankara, 1964, s. 296.

Tarixi thumb|Qızılbaş atcısı, Jan Şarden kitabından Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi.

Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı, Xırmandalı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.Azərbaycan Sovet Ensiklopediyası. III cild. Bakı. 1979, səh. 159.

Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən bəziləri: Şamlı eli Ustaclı eli Türkman eli Təkəli eli Əvşar eli Qacar eli Zülqədər eli Qaramanlı eli Qaradağlı eli Xırmandalı eli Bayat eli Rumlu eli Varsaq eli

Əfqanıstan qızılbaşları Özbək və türkmənlərdən sonra Əfqanıstanda üçüncü ən böyük türk qrupu qızılbaşlardır.Chapter 1. From Tribal Confederacy to National Coalescence, pp. 20. // Modern Afghanistan: A History of Struggle and Survival . Revised edition. First published in 2004 by I. B. Tauris & Co Ltd. — (Author) Amin Saikal with assistance Ravan Farhadi and Kirill Nourzhanov. London: B.+Tauris I. B. Tauris, 2012, 416 pages. ISBN 9781780761220 4 yanvar 2004-cü ildə qəbul edilmiş konstitusiyanın I bölmə, IV maddəsinə əsasən qızılbaşlar etnik qrup kimi Əfqanıstan dövləti tərəfindən tanınır.The Constitution of Afghanistan – Year 1382, Chapter One, Article Four or read in pashto and dari XVIII əsrdə Nadir şah Əfşar tərəfindən Əfqanıstana köçürülüblər.5. The Rise of Afghanistan, page 124 // Afghanistan: A Military History from Alexander the Great to the War Against the Taliban . Author: Stephen Tanner. First published in 2002 by Da Capo Press; (revised edition) reprinted in 2009. Philadelphia: Da Capo Press, 2009, 375 pages. ISBN 9780306818264 The Dictionary. — N. — Nadir Shah Afshar, page 305 – 306. // Historical Dictionary of Afghanistan . Fourth edition. Author: Ludwig W. Adamec. Lanham: Scarecrow Press, 2012, XCV+569 pages. ISBN 9780810878150 On iki imam şiəsi olan qızılbaşların hamısı ikidillidir. Bu ölkədəki qızılbaşlar əfşar, bayat, şahsevən, ənsarlıƏnsarlı və ya Ənsaroğlu adlı tayfa əvvəllər Bayat tayfasından ayrılmış qəbilə olmuşdur, sonrdan artaraq tayfaya çevrildi., şahağası, şamlı və cavanşir tayfalarından ibarətdir, əsas dil kimi əksəriyyəti dəri dilində, əfşar tayfasından olanların bir hissəsi isə Azərbaycan dilinə yaxın dialektdə danışır. Əsas dil olaraq dəricə danışanların ikinci dili şimali Azərbaycanda danışılan dialektlərdir. Kompakt halda Kabil, Herat, Lögər və Qəndahar şəhərlərində, həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar.Bayat tayfasına mənsub olan qızılbaşlar Əfqanıstanın şərqində və şimali-şərqində məskunlaşıblar. Ənsarlı qızılbaşlar Kabil vilayətinin Qala Fətulla, Qala Sədulla və Vəzirabad kəndlərində yaşayırlar. Şamlı tayfasının nümayəndələri Kabil və Herat şəhərlərində məskunlaşıblar.

Əfqanıstanda yaşayan etnik qrupların sayı haqqında məlumat siyahıyaalınma keçirilmədiyi üçün təxminlərə əsaslanır. 1996-cı ilə olan təxminə əsasən qızılbaşlar Əfqanıstan əhalisinin təxminən 1,00%–ni təşkil edirlər.Social Structure. — Ethnic Groups, page 104. // Afghanistan: A Country Study . Editors: Richard F. Nyrop, Donald M. Seekins. Baton Rouge: Claitor's Law Books and Publishing Division, 2001, 226 pages. ISBN 9781579807443 Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 martHicri-şəmsi təqviminə əsasən 1 fərvərdin 1394-cü il tarixi Qriqori təqvimi ilə 21 mart 2015-ci il tarixinə uyğun gəlir (bax ). 2015-ci ilə olan məlumatına əsasən ölkənin oturaq əhalisinin sayı 27.101.365 nəfərdir. Oturaq əhalidən əlavə ölkədə təxminən 1.5 milyon nəfərBMT sisteminə daxil olan "Dünya Qida Proqramı" təşkilatının məlumatına görə ("Köçərilərin milli çoxsahəli qiymətləndirilməsi"nə əsasən) 2004-cü il etibarı ilə Əfqanıstanda (əksəriyyəti etnik puştun olan) aktiv köçəri əhalinin sayı 1.5 milyon dur. Həmçinin, Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 2009-cu , 2010-cu , 2011-ci , 2012-ci , 2013-cü və 2014-cü illər üçün hazırladığı "Statistik məcmuə"lərdə köçərilərin sayı dəyişilmədən 1.5 milyon nəfər olaraq göstərilib. köçəri () yaşayır və beləliklə ölkənin faktiki əhalisi qeyd edilən tarixə təxminən 28.6 milyon nəfərdən çoxdur.BMT 2012-ci ilə Əfqanıstan əhalisini 29.825 milyon nəfər təxmin etmişdir. Yenə BMT–yə görə 2010–2015-ci illərdə Əfqanıstanda əhalinin illik orta artımı 2,40 % təşkil edəcəkdir. Buna əsaslanaraq ehtimal etmək olar ki, 2015-ci ildə Əfqanıstan əhalisi 32.024 milyon nəfər təşkil edə bilər. — Bu məlumatlar üçün istinad olaraq baxın: Country profiles. — Afghanistan, page 3. // World Statistics Pocketbook, 2014 edition . Department of Economic and Social Affairs Statistics Division, Series V, No. 38. New York: United Nations, 2014, 241 pages. ISBN 9789211615869.

Beləliklə, 2015-ci ildə Əfqanıstanda qızılbaşların sayının 286 min nəfərdən çox olduğunu təxmin etmək mümkündür.Əfqanıstanda yaşayan qızılbaşların sayının 30 mindən 1 milyonadək olduğuna dair müxtəlif təxminlər mövcuddur.

Pakistan qızılbaşları

Anadolu Anadoluda Qırşexir, Ankara, Sivas, Malatya, Diyarbəkir, Ərzurum, Çorum, Kars, Antalya, İzmir, Manisa, Kütaxya, Balıqəsirdə Qızılbaş kəndləri vardır. Ümumiyyətlə isə, Qızılbaşlara Türkiyənin hər bir yerində rast gəlmək mümkündür. Orta Anadolu Qızılbaşları Hacı Bəktaşi Vəli-Çələbi ocağına, Qızılbaşların bir qolu olan Taxtacılar İzmirin Narlıdərə kəndindəki Yanın Yatır ocağına, Aydında olan Qızılbaşlar isə Hacı Əmir ocağına bağlıdırlar. Qızılbaşların böyük bir piri də Ankaranın Həsən dədə kəndindəki eyni adlı bir pirdir. Taxtacılar Qızılbaşların qolu olub Yörük türkmənləridir. Bunlar köçəri həyat tərzi keçirirlər. Meşə təsərrüfatı ilə məşğul olduqlarından taxtacı adlandırılırlar.

Anadolu Qızılbaşları demokrat ruhlu və yüksək əxlaqlı insanlardır. Əski türkcə danışırlar, savadlıdırlar, cahil və qaba deyildirlər. Bir çox mahnılar, şeirlər və əfsanələr bilirlər.

Diyarbəkir Vilayəti Alevi-Qızılbaş Türkmənləri Müasir bəzi Alevi və Bəxtaşi icmaları, xüsusilə Cənub-Şərqi Anadoluda yerləşənlər, hələ də Qızılbaş irsinə bağlı mədəni və dil xüsusiyyətlərini qorumaqdadır. “Qızılbaş” termini – mənası “qırmızı baş” olub Şah İsmayılın tərəfdarlarının geyindiyi qırmızı taclara istinad edir – tarixən Səfəvi dövlətini qurmaq üçün savaşan şiə türkmən tayfalarına verilmişdi.

Osmanlı dövründə bu termin tez-tez mənfi məna kəsb edərək, sünni məzhəbinə uyğun olmayan, “sapqın” sayılan icmalar üçün istifadə olunurdu. Lakin, bu damğaya baxmayaraq, bir çox Alevi icması bu kimliyi qürurla daşıyırdı. Xüsusilə dağlıq bölgələrdə – sosial və dini təcridin qorunduğu yerlərdə – bu kimlik daha da möhkəmləndi.

Diyarbəkir-Mardin Vilayəti: Tarixi Qızılbaş-Alevi Mərkəzi Osmanlı dövründə Diyarbəkir Vilayəti (bugünkü Diyarbakır, Mardin, Elazığ və bəzən Urfa əraziləri) Qızılbaş tayfalarının yerləşdiyi əsas bölgələrdən biri idi. Bu türkmən tayfalar — xüsusilə Qaraqoyunlu və Ağqoyunlu konfederasiyalarına bağlı olanlar — Səfəvi ideallarını mənimsəmiş və bu hərəkatın ilk tərəfdarlarından olmuşdular.

1514-cü ildəki Çaldıran döyüşündən sonra, bu tayfalar Osmanlılar tərəfindən təqibə məruz qaldı, bəziləri zorla köçürüldü və ya məhv edildi. Bölgədə qalanlar dağlıq ərazilərdə – məsələn, Diyarbəkir, Mardin, Siverek, Tunceli və Elazığda – izolyasiya şəraitində yaşamağa məcbur oldular. Nəticədə, burada unikal bir heterodoks şiə inancı – səfəvilik, Bəxtaşi sufilik və önislam türk inanc sistemlərinin sintezi – formalaşdı. thumb|Cənub-Şərqi Anadoludan olan Türkmən-Qızılbaş xalqının özünəməxsus kimliyini əks etdirən qürurlu və ləyaqətli bir bayraq.

Dil və Mədəniyyət Bu Qızılbaş-Alevi icmalarının danışdığı dil azeroid və ya agəmi Türk ləhcəsi adlandırıla bilər. Bu ləhcə klassik Anadolu türkcəsindən fərqli olub, Azərbaycan türkcəsinə, İraq türkməncəsinə və İranın şimal-qərbindəki türk ləhcələrinə bənzəyirdi. Oğuz ləhcəsinin şərq qoluna aid olan bu danışıq forması, həm fonetik, həm də leksik baxımdan fərqli idi.

Bugün bir çox kənd və ailələrdə bu dialektin yerini Türkiyə türkcəsi alsa da, Diyarbakır, Mardin, Siverek və Elazığ bölgələrində bəzi Alevi kəndlərində bu dil yaddaşlarda və yaşlı nəsil arasında hələ də yaşamaqdadır. Bu dil vasitəsilə ötürülən poetik və musiqi irsi, Pir Sultan Abdal, Şah Hatayi (Şah İsmayıl), Kul Himmet kimi böyük ozanlar vasitəsilə nəsildən-nəslə keçmişdir.

Assimilyasiya Prosesi Zamanla – xüsusilə 19 və 20-ci əsrdə – Alevi-Qızılbaş icmalarının bir qismi assimilyasiyaya məruz qaldı. Siyasi təzyiqlər, iqtisadi məhdudiyyətlər və dini diskriminasiya səbəbilə bir çox ailə köç etməyə məcbur oldu. Kimiləri şimala (Erzincan, Erzurum və ya Sivasdakı Alevi icmalarına), kimiləri isə şəhərlərə köç etdilər. Qalanlar isə sünni kürd və ya türk çoxluğuna uyğunlaşaraq dil və mədəniyyət baxımından assimilyasiya oldular. Bununla belə, bu unikal kimlik bəzi ailələr və kəndlər vasitəsilə bu günə qədər qorunub saxlanılır.

Hindistan qızılbaşları

Yazılı ədəbiyyat XV əsrin ilk yarısına aid "Əqaid-i Övliya-i Səba" əsəri Azərbaycan dilində yazılmışdır. Bu əsər ələvi-qızılbaş inancının keçmişi və ideologiyası haqqında əsas nəzəri əsərlərdən biri sayılır.

Mənbə 1. Dost Muhammad Khan first reign and the First Anglo-Afghan War. — Kabul in the Early Nineteenth Century, page 22 – 25. // State and Tribe in Nineteenth-century Afghanistan: The Reign of Amir Dost Muhammad Khan (1826–1863). Author: Christine Noelle. First published in 1997 by Curzon Press; reprinted in 2004. London: Routledge Curzon, 2004, 439 pages. ISBN 9780700706297 1. Dost Muhammad Khan first reign and the First Anglo-Afghan War. — The Qizilbash, page 25 – 26. // State and Tribe in Nineteenth-century Afghanistan: The Reign of Amir Dost Muhammad Khan (1826–1863). Author: Christine Noelle. First published in 1997 by Curzon Press; reprinted in 2004. London: Routledge Curzon, 2004, 439 pages. ISBN 9780700706297 Sadiq Nağıyev. "Qızılbaşlıq haqqında", Bakı, 1997 Joshua Project –Unreached Peoples of the World: Qizilbash of Afghanistan

Qeydlər

İstinadlar

Ədəbiyyat Atabay, T. (2024). Safevi Tarikatının İlk Türkçe Kaynaklarından ‘Akā’İd-i Evliyā’-i Seb’a. SÜREK Alevilik - Bektaşilik Ve Kültür Araştırmaları Dergisi(2), 79-101.

Kateqoriya:Səfəvilər