Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; ) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor.

Həyatı Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır.

Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür.

Təhsili Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır.

1997-1998-ci illərdə Gəncə şəhərindəki "Araz" hazırlıq kursunu bitirmişdir.

Musiqiçilik fəaliyyəti Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib. Talıbın oxuduğu bəzi mahnıların söz və musiqiləri özünə aiddir.

Təltif və mükafatları 1998-ci ildə "Yeniyetmələr arasında keçirilən kinqboksinq üzrə respublika çempionatı"nda birinci yerə layiq görülmüşdür.

2017-ci ilin oktyabr ayında keçirilən "Maşın" realiti-şousunun 15-ci "sürəti"ndə qalib olmuşdur.

Ailəsi Talıb Tale evlidir.

İslam Ələsgərin nəvəsi, Aşıq Talıbın nəticəsi, Aşıq Ələsgərin kötücəsidir.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi müğənniləri Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Maşın Şounun qalibləri Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar