Qətər gerbi (; ) — Qətərin dövlət rəmzlərindən biri. Haqqında left|thumb|200x200px|Qətər gerbi, Parisdə Qətər səfirliyinin binası üzərində Ərəb yarımadasının şərqində olan Fars körfəzinə uzanan Qətər şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı və şərqdə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatə olunubhttp://ekonomi.milliyet.com.tr/iste-dunyanin-en-zengin-ulkesi/ekonomi/ekonomidetay/27.02.2012/1508403/default.htm Milliyet 2012-02-27 Bu ölkənin dövlət rəmzləri: Qətər bayrağı, Qətər gerbi və Qətər himnidir. Çevrə (və ya dairə) formasında olan Qətər gerbindəki sarı dairədə iki iç-içə keçmiş ağ əyri qılınc vardır. Qılıncların arasında iki xurma ağacı olan bir adanın yanında mavi və ağ dalğalarda üzən bir gəmi var. Dairə üfüqi olaraq bölünən yuvarlaq bir obyektlə əhatə olunmuşdur. Ağ bölmədə Qətər dövlətinin adı qara kufi xətti ilə yazılmış, tünd qırmızı rəngli bölməsində isə ingiliscə Qətər dövləti sözü ("") yazılmışdır. Hazırkı versiya 1976-cı ildə tətbiq olunub və 1966-cı ildən bəri istifadə edilən və iki əyri qılıncdan, bir inci qabığından və "Qətər" markalı iki palma ağacından ibarət idi Gerbin bir neçə elementi bir sıra Yaxın Şərq ölkələrinin milli emblemlərində səsləndirilir: Səudiyyə Ərəbistanı gerbindəki ənənəvi ərəb əyri qılıncı həmçinin Omanın gerbində də mövcuddur; gəmi həmçinin Küveytin gerbində də vardır. Xarici üzüklərin rəngləri və ayrılması Qətər bayrağından"" (When using a flag outside of buildings within the State of Qatar, the ratio between the length and the width of the flag should be 11:28.) - Law No. 14 on the Flag of Qatar - Qatar Legal Portal gəlir.
Həmçinin bax Qətər bayrağı Xarici keçidlər
Embassy of Qatar in Washington DC FOTW - Qatar İstinadlar
Kateqoriya:Qətər Kateqoriya:Dövlət emblemləri Kateqoriya:1976-cı ildə yarananlar Kateqoriya:Dövlət gerbləri