Bertrandit — mineral, Be4[(OH)2| Si2O7]
Haqqında Bertrandit - Rombik. Habitus lövhəvari, iynəvari. İkiləşmə {011},{021} üzrə sadə və polisintetik. Ayrılma:{001} mükəmməl, {110}, {010} və {100} üzrə - orta. Aqreqat radial-şüavari, dənəvər. Rəngi rəngsiz, sarı. Parıltısı şüşəli. Sərtliyi 6. Xüsusi çəkisi 2,6. Berillin hesabına əmələ gəlir. Qerderit, turmalinlə birlikdə qranit peqmatitlərində, bəzən kvars damarlarında, qreyzenlərdə və nefelinli peqmatitlərdə.
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kateqoriya:Sorosilikatlar Kateqoriya:Hidrooksidlər (minerallar) Kateqoriya:Berilliumun mineralları Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış minerallar Kateqoriya:Rombik sinqoniya mineralları