Cavanşir Əsgər oğlu Carçıyev — Qazax rayonu İcra hakimiyyətinin sabiq başçısıN. H. Şahmalıyevin Qazax rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi və C. Ə. Carçıyevin həmin vəzifədən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 avqust 1993-cü il tarixli, 730 nömrəli Fərmanı. e-qanun.az
Carçıyev Cavanşir 1952-ci il yanvarın 5-də Qazax rayonunun Çaylı kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Neft-Kimya institutunu bitirdikdən sonra təyinat yerinə işləməyə gedərək 1979-cu ilədək Qorki vilayətinin Vıksa şəhərində elektrik idarəsində usta vəzifəsindən idarənin rəisi vəzifəsinə qədər yüksəlib. 1979–1981-ci illərdə Gəncə elektrik quraşdırma idarəsində baş iş icraçısı və başqa illərdə müxtəlif vəzifələrdə işləyib.
Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayan illərdə öncüllərdən biri olub. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin Qazax rayon şöbəsinin İdarə heyətinin üzvü, AXCP-nin hakimiyyəti illərində, Müharibənin ən qızğın dövründə Qazax Rayon İcra Başçısı vəzifəsində çalışıb. 1994-cü ildə faciəvi şəkildə dünyasını dəyişib.
İstinadlar
Həmçinin bax Carçıyevlər
Kateqoriya:Qazax Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Carçıyevlər