Həsən Həsənzadə Amoli () — İranlı Əllamə.
Haqqında Əllamə Həsənzadə Amuli 1929-cu ildə İranın Mazandaran əyalətinin Amul bölgəsində, Larican şəhərində dünyaya gəlib. O, altı il Amul şəhərinin Cümə məscidində dini təhsil alıb. Əllamə Amuli 22 yaşında Tehrana yollanıb. Orada o, Ayətullah Mirza Şəərani, Hacı Mirza Qomşei, Mirza Qəzvini, Hacı Şeyx Məhəmmədtəqi Amuli kimi alimlərdən dərs alıb. 1963-cü ildə Həsənzadə Amuli İranın Qum şəhərinə köçüb və orada Əllamə Təbatəbai, Seyid Həsən Təbatəbai və Seyid Qazi Təbatəbaidən elm öyrənib. Həsənzadə Amuli İslam maarifi, hikmət, fəlsəfə, irfan, riyaziyyat, hədis və sair elmlərin sahibi və bu fənlər üzrə kitabların müəllifi olub.
Həmçinin bax Abdullah Cavadi Amuli
İstinadlar
Kateqoriya:Qumda doğulanlar Kateqoriya:Müctəhidlər Kateqoriya:Musəvilər Kateqoriya:İran ayətullahları Kateqoriya:İslam filosofları Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İran şəxsləri