() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbiətdə Kiçik Asiya və Siciliya adasında rast gəlinir. Dekorativ bitki kimi Aralıq dənizi sahillərində becərilir.
Botaniki xarakteristikası Hündürlüyü 3 m-dək, şaxələnmiş, sarı-qonur budaqlı, yarpağı tökülən koldur. Zoğları dörd hissəli, yarpaq yerləşməsi üzbəüzdür. Yarpaqları sadə, bütöv, yumurtavari-neştərvari və ya ellipsvari, uzunluğu 2-4 sm və eni 0,8 sm, pöhrədən əmələ gələn zoğlarında uzunluğu 7sm-dək və eni 1,5 sm, kənarları xırda dişli, bozumtul-yaşıldır. Saplaqların uzunluğu 2-5 mm-dir. Çiçək qrupları yan budaqlarda qısa, qoltuq və ya uc, yarpaqlı süpürgələrdir. Çiçəkləri xırda; kasacığı 4 xırda kasayarpaqlardan ibarətdir; ləçəkləri 4 ədəd, ensiz, ağımtıl; erkəkcikləri ləçəklərdən iri; yumurtalığı yuxarı, 2 yuvalı; dişicik ağzı 2 qanadlıdır. Meyvəsi təxminən yumrudan ellipsvariyədək, uzunluğu 6-8 mm, ensiz qanadlı, hamar qozadır. Mayda çiçəkləyir, meyvələri iyulda-avqustda yetişir. Kütləvi yarpaqlama mayın axırları, yarpaqların tökülməsi isə noyabrda baş verir.
Ekologiyası Qışa az davamlıdır, soyuq qış aylarında çoxillik zoğları donur, ancaq yay ərzində tez bərpa olunur.
Azərbaycanda yayılması Abşeron, Gəncə və s. rayonlarda mədəni şəraitdə becərilir.
İstifadəsi Çox dekorativ koldur. Yaşıllaşdırmada istifadə oluna bilər.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avropa florası