() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Çindir.

Botaniki xarakteristikası 0,5 m hündürlüyü olan, qışda yarpaqlarını tökən, dağınıq çətirli koldur. Yarpaqları xırda, ellipsvari, tünd yaşıldır. Yarpaqları açılana qədər erkən yazda sarı, nisbətən iri çiçəklər açır və bitkinin çətirini örtür. Çiçəkləri təkləçəkli, süpürgələrə yığılmış, diametri 2-2,5 sm-ə çatır. Toxumları ellipsvari və ya yumurtavari, diametri 4 mm-dir. Çiçəkləməsi yanvar ayından başlayaraq aprel ayına qədər davam edir. Yan budaqları yerlə sürünür və yaşıl budaqları torpaqla təmasda kök verir. Pöhrələrlə asanlıqla çoxaldılır.

Ekologiyası Torpağa az tələbkar, quraqlığa, küləyə davamlı və işıqsevən bitkidir, lakin yarımkölgəlikdə də inkişaf edir.

Azərbaycanda yayılması Abşeron, Gəncə, Naxçıvan və s. şəhər və rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Abşeronun iqliminə yaxşı dözür, tez böyüyür, park və bağların yaşıllıqlarında tək-tək və ya qrup halında istifadə olunur.

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:1846-cı ildə təsvir edilən bitkilər Kateqoriya:Çin florası Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Şərqi Asiya florası Kateqoriya:Tibet florası Kateqoriya:Fransa florası