() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Çində Pekinin yaxınlığında, Xubey və Şensi əyalətlərində yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 4 m-dək olan, sıx yarpaqlı koldur. Cavan budaqları sarı-boz rəngli tükcüklərlə örtülmüşdür. İki illik bitkilərin budaqları boz-qonur-sarı rəngli, çılpaqdır. Saplağın uzunluğu 1-1,5 sm-dir. Yarpaq ayası uzunsov formalı, aşağı və ya yuxarıya daralmış, uzunluğu 4-16 sm və eni 3,5-6 sm, üstü hamar, yaşıl, alt tərəfi yayılmış, yapışıq, əsasən damarcıqların ətrafında yerləşmiş, ağ tükcüklü və ya çılpaq, açıq yaşıl rənglidir. Çiçək qrupunun uzunluğu 15-30 sm, düz dayanan, süpürgəvari, ensiz-piramidal və ya silindrik formalı, keçən ilki zoğların uclarında yerləşmiş, alt tərəfində iki cüt yarpaqlıdır. Çiçək qrupunun oxu çılpaq və ya məxməri tükcüklü, budaqları məxməri və uzun tükcüklərlə seyrək örtülmüşdür. Çiçəkləri çəhrayı-bənövşəyi, ətirlidir. Çiçək tacının hissələri ucunda qaşıqvaridir. Qutucuğu küttəhər və ya yuxarı hissədə bir az biz, uzunluğu 1,7 sm-dir. İyun-iyulda çiçəkləyir. İyulun ikinci yarısında və ya avqustda meyvəsi yetişir.
Ekologiyası Soyuğa, quraqlığa davamlı bitkidir. Rütübətli, gilli torpaqlarda yaxşi bitir.
Azərbaycanda yayılması Azərbaycanın bir çox rayonlarında mədəni şəraitdə becərilir.
İstifadəsi Yaşıllaşdırmada, qrup əkinlərində və canlı hasarların salınmasında istifadə edilir.
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Koreya florası Kateqoriya:Rusiya florası Kateqoriya:Çin florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Martin Val tərəfindən adlandırılmış taksonlar