() — fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Cənubi Qafqaz, Cənub-Qərbi Asiya və İranda təbii halda yayılmışdır. İran-Turan coğrafi elementinə daxildir.

Botaniki təsviri 10–20 sm hündürlüyündə, seyrək yastığı olan, alçaq koldur. Yarpaqları 3–5 (2–6) sm uzunluqdadır. Çiçəkləri süpürgəvari çiçək qrupunda yerləşmişlər. Kasacığı 8–9 (10) mm uzunluqda olub, bir qədər qıfşəkillidir. Daxili çiçəkaltlıqları demək olar ki, bir-birinə bərabər olub, kasacığın (1/2) 2/3 hissəsini təşkil etməklə, uzunsov və ya kürəşəkilli, iti ucludur. Xarici çiçəkaltlıqları daxili çiçəkaltlıqlarının 1/2–2/3 hissəsinə bərabər olub, oval formalıdır. May-iyun ayında çiçəkləyir, iyulda toxumları yetişir.

Ekologiyası Kserofitdir. Növ aşağı dağlıq qurşaqda, quru, daşlı və çınqıllı yamaclarda, dəniz səviyyəsindən 700–1000 m hündürlükdə, friqanoid bitkiliyində rast gəlinir.

Azərbaycanda yayılması Ordubad rayonunun Kotam-Mehri arasında və Kilid kəndlərinin ətraf ərazilərində yayılmışdır.

İstifadəsi Yastıqvari formasına görə dekorativ bitki kimi xüsusi əhəmiyyət kəsb edir. Dağlıq sahələrin bərkidilməsində və quraq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.

Ədəbiyyat Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

Kateqoriya:Tıs-tıs