Nikolas Blumberqen () (d. 11.3.1920, Niderland, Dordrext) — Amerika fiziki. Nobel mükafatı laureatı (1981, A. Şavlovla birlikdə).
Fəaliyyəti Utrext Universitetini bitirmişdir (1943). 1949-cu ildən ABŞ-də Harvard Universitetində işləyir (1957-ci ildən professor). 2001-ci ildən Arizona Universitetinin professorudur. Qeyri-xətti optika və qeyri-xətti lazer spektroskopiyasının banilərindən biridir. 1956-cı ildə üçsəviyyəli sistem əsasında kvant paramaqnit gücləndiricisini yaratmışdır. Qeyri-xətti mühit sərhədində dalğa proseslərini tədqiq etmişdir. Qeyri-xətti polyarizasiya nəzəriyyəsini və məcburi kombinasiyalı səpilmə nəzəriyyəsini qurmuş (1962), onun tədqiqinin eksperimental (o cümlədən pikosaniyələr) üsullarını işləyib hazırlamışdır. Lazer spektroskopiyası metodlarını inkişaf etdirmiş, ikisəviyyəli doplersiz spektroskopiya üsulunu vermişdir (A. Şavlovdan asılı olmayaraq). İntensiv lazer infraqırmızı şüalanmasında molekulların çoxfotonlu dissosiasiyasını tədqiq etmişdir.
Həmçinin bax Barux Semyuel Blamberq
Xarici keçidlər Nikolas Blumberqen
İstinadlar
Kateqoriya:Eksperimental fiziklər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:ABŞ ateistləri