Hadisələr 17 fevral – "Amerikanın səsi" radiosunun dalğalarının keçmiş SSRİ məkanına yayılmağa başlaması. 22 mart - ABŞ prezidenti Harri Trumenin dövlət qulluqçularının loyallığını yoxlamaq haqqında xüsusi qanunun qəbul edilməsinə nail olması. 7 aprel - BƏƏS partiyasının əsası qoyulub. 23 iyun - ABŞ-də senatorlar Taft və Xartli tərəfindən hazırlanmış və onların adı ilə adlanan "Sənayedə əmək münasibətlərini nizama salmaq haqqında yeni qanunun qəbul edilməsi. iyul - ABŞ-də Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Federal Tədqiqat bürosunun (FTB) yaradılması. 26 iyul - ABŞ-də prezident yanında əsasən məşvərətçi funksiya daşıyan Milli Təhlükəsizlik Şurasının yaradılması. 14 avqust - Pakistan dövlətinin yaradılması. 15 avqust - Müstəqil Hindistan dövlətinin yaradılması.Hindistanının İngiltərədən azad olması. 2 sentyabr - ABŞ Latın Amerikası ölkələri ilə "Qərb yarımkürəsinin müdafiəsi" paktı adlanan Rio-de-Janeyro paktının imzalaması. 29 noyabr - BMT-nin Baş Məclisi tərəfindən Fələstinin bölünməsi və onun ərazisində iki dövlətin - yəhudi və ərəb dövlətlərinin yaradılması haqqında qərar qəbul edilməsi. dekabr - SSRİ-də pul islahatının keçirilməsi və kartoçka sisteminin ləğv olunması. Yaponiyanın yeni Konstitusiyasının qəbul edilməsi. 23 dekabr - SSRİ Nazirlər Soveti tərəfindən "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul edilməsi.
Doğumlar 1 yanvar - Xalq artisti Mikayıl Mirzə 2 fevral – Farra Fouset – Amerikalı aktrisa 8 mart – Florentino Perez, ispan biznesmen. Real Madrid klubunun prezidenti 13 mart – Aliyə Təhmasib – Azərbaycanın Əməkdar müəllimi 1 may - Rauf Əliyev, Azərbaycan bəstəkarı 14 iyul – Abbas Bayat – İranlı iş adamı 12 avqust – Amedeo Mingi – İtaliya müğənnisi 2 sentyabr – Kevin Cozef Farrell 21 oktyabr – Rikkardo Folyi – İtaliya müğənnisi 1 noyabr - Telman Əliyev, Azərbaycan aktyoru 29 noyabr – Mirzə Xəzər – görkəmli jurnalist, publisist, naşir, Bibliyanın tərcüməçisi 10 dekabr – Rəsul Quliyev — Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının lideri 19 dekabr – Rəhman Əlizadə – Azərbaycan teatr rejissoru Aşıq Mayis Gəncəli, Azərbaycanlı ustad aşıq, Əməkdar mədəniyyət işçisi
Ölümlər 11 iyun - Cənubi Azərbaycan İnqilabi hərəkatının görkəmli xadimi, Azərbaycan Demokrat firqəsinin yaradıcısı, publisist Seyid Cəfər Pişəvəri.