Nəbiyeva Fatmaxanım Xalid qızı () – AR ETN Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, dosent.
Həyatı 1958-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi yaradıcılığı 1979-cu ildə ADPİ-nun coğrafiya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1979–1985-ci illərdə orta məktəbdə coğrafiya-biologiya müəllimi vəzifəsində işləmişdir. 1986-cı ildə qiyabi aspiranturaya daxil olmuş, 1992-ci ildə "Türyançayın orta hövzəsində eroziyaya uğramış yamacların fitomeliorasiya yolu ilə bərkidilməsi" mövzusunda dissertasiya işini akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə müdafiə edərək, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır . 1985-ci ildən elmi institutda çalışır. Elmi stajı 41 ildir. Elmi fəaliyyəti dövründə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, elmi katib vəzifələrində çalışmışdır. 1985–2002-ci illərdə Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutunun "Səhralaşma və torpaqların mühafizəsi" laboratoriyasında, 2002–2004-cü illərdə Botanika İnstitutunun "Geobotanika" şöbəsində, 2004–2008-ci illərdə Genetik Ehtiyatlar İnstitutunun "Bioekologiya" laboratoriyasında, 2008–2019-cu illərdə AMEA Naxçıvan Bölməsinin "Bitki sistematikası" şöbəsində aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2006-cı ildə ABŞ nümayəndələrinin iştirakı ilə keçirilmiş Beynəlxalq ekspedisiyada ekoloq kimi iştirak etmişdir. 2017-ci il tarixdə 2417.01 — Botanika ixtisası üzrə "Kür-Araz ovalığı və Arazboyu düzənliklərdə səhralaşma prosesi və onun flora biomüxtəlifliyinə təsiri" mövzusunda doktorluq dissertasiya işini uğurla müdafiə edərək, biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2020–2021-ci illərdə AMEA Dendrologiya İnstitutu "Bitki sistematikası" laboratoriyasında aparıcı elmi işçi, 2022-ci ildən isə ETN Botanika İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir.
Hal-hazırda Botanika İnstitutunda "Etnobotanika" laboratoriyasının müdiri vəzifəsində işləyir. İşlədiyi vaxtlarda layihələrin hazırlanmasında, ekspedisiyalarda və çöl-tədqiqat işlərində yaxından iştirak edir. Herbari materiallarının toplanmasında, təyinində, sistemə salınmasında, qorunub saxlanmasında, "Herbari Fondu"nun zənginləşdirilməsində və elmi məqsədlərlə istifadə olunması sahəsində səmərəli elmi-tədqiqat işləri aparmışdır. Nəbiyeva Fatmaxanım Xalid qızı 245-dən çox elmi əsərin (o cümlədən:15 kitab, 2 monoqrafiya) müəllifidir. Əsərləri Türkiyə, Orta Asiya, Qazaxıstan, Rusiya, Avstriya, Çexiya, Polşa, Rumıniya, Bolqarıstan, Hindistan, ABŞ və s. ölkələrdə dərc edilmişdir.
Əsas elmi nailiyyətləri Çoxillik floristik, geobotaniki tədqiqat işləri zamanı yeni aşkar etdiyi 17 cins, 18 fəsilə, 33 növ Azərbaycan, Naxçıvan MR və Qafqaz floralarını zənginləşdirmişdir. Kür-Araz ovalığı və Arazboyu düzənliklərdə 9 təbii ekosistem və onların bitkiliyi üçün 9 tip, 23 sinif formasiya, 13 qrup formasiya, 6 yarımqrup formasiya, 248 formasiya, 2500-ə yaxın assosiasiya və mikroqruplaşma müəyyən edilmişdir. İlk dəfə olaraq ərazidə landşaftogenezin düzgün idarə olunması zəruriliyini nəzərə alaraq, onun idarə olunmasının motivləşdirilməsi üçün 8 bənddən, 13 yarımbənddən ibarət məlumaların toplanması və işlənməsi modeli hazırlanmışdır. Aparlmış çoxillik tədqiqatların nəticələri əsasında Kür-Araz ovalığında, Arazboyu düzənliklərdə inkişaf etmiş, hazırda genişlənməkdə davam edən səhralaşmanın qarşısının alınması və ya təsirinin azaldılması üçün səhralaşmanın arealının xəritə-sxemi və səhralaşmaya qarşı mübarizə kartoqramları tərtib edilmişdir. Azərbaycan Respublikasının ərazisində yayılmış faydalı dərman bitkiləri, onların etnobotaniki səciyyəsi və istifadə perspektivliyi sahəsində eimi işlər aparılmaqla, beynəlxalq jurnallarda məqalələr nəşr etdirilir. [1,2,3].
Respublika elmi qurumlarında üzvlüyü Azərbaycan Botanika Cəmiyyəti Rəyasət heyətinin üzvü (Vəsiqə № 122) 1998-ci ildən AMEA Torpaqşünaslıq cəmiyyətinin; 2003-cü ildən Azərbaycan Botaniklər Cəmiyyətinin üzvü, 2018-ci ildən Rəyasət Heyətinin üzvüdür;. Botanika İnstitutu Elmi Şurasının üzvü (2022–2026).
Problem Şurasının üzvü (2022–2025)
Pedaqoji fəaliyyəti 1979–1985-ci illərdə orta məktəbdə coğrafiya-biologiya müəllimi;
2020–2023-cü illərdə Bakı Dövlət Universiteti Biolagiya fakültəsində biologiya müəllimi vəzifəsində işləmişdir Təltif və mükafatları 2002-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin Qadını" adına layiq görülmüşdür; 2013-cü ildə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə elm sahəsindəki nailiyyətlərimə görə təbiət və texniki elmləri üzrə "İlin alimi" fəxri adına layiq görülmüşdür" 2018-ci ildə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə fəxri fərmanla təltif edilmiş. 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Elm sahəsində səmərəli fəaliyyətinə görə" "DİPLOMLA" təltif edilmişdir.
Kitab və monoqrafiyaları Nəbiyeva F. X. Arid ərazilərin florası və səhralaşma (Kür-Araz ovalığı, Arazboyu düzənliklər). Naxçıvan: Tusi nəşr., 2010, 240 с. Nəbiyeva F. X., İbrahimov Ə. Ş. Yarımsəhra və səhra ekosistemlərinin deqradasiyası. Naxçıvan: Əcəmi, 2011, 135 s. Ибрагимов А. Ш., Набиева Ф. Х. Высокогорная растительность Нахчыванская Автономная Республика. Saarbrucken, Deutschland/Германия: LAP LAMBERT Academic Publishing, 2013, 156 с. Ибрагимов А. Ш., Набиева Ф. Х. Флора высокогорий Нахчыванской Автономной Республики. Saarbrucken, Deutschland/Германия: из-во LAP LAMBERT Academic Publishing, 2013, 88 с. Talıbov T. H., İbrahimov Ə. Ş., Nəbiyeva F. X. Naxçıvan Muxtar Respublikasının florası – Botta zəravəndi. Naxçıvan: Müəllim, 2016, 39 s. Əliyar İbrahimov, Aynur İbrahimova, Fatmaxanım Nəbiyeva Naxçıvan Muxtar Respublikası florasının su-bataqlıq bitkiliyi. Naxçıvan: Müəllim, 2016, 198 s. İbrahimov Ə. Ş., Nəbiyeva F. X. Dərman bitkilərindən səmərəli istifadə qaydaları. Naxçıvan: 2018, 120 s. İbrahimov Ə. Ş., Nəbiyeva F. X. Naxçıvan Muxtar Respublikası Qırtıckimilərin flora konspekti. (Naxçıvan MR-ın 95 illiyinə həsr olunub) Naxçıvan: Əcəmi, 2019, 194 s. Abşeron florasının taksonomik spektri. Bakı: Elm, 2021, 350 s. (Məmmədov T. S., İbrahimov Ə. Ş., Nəbiyeva F. X.) Ibadullayeva S. C., Nəbiyeva F. X., Movsumova N. V., Nigar Mürsəl qızı Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat. Bakı, Ocaq, 2025, 56 s.
Əsas elmi məqalələri Набиева Ф. Х. Пойменные леса реки Турианчай, их состояние и экологическое значение // ISSN 0024–1113. ж. Лесное хозяйство, Москва, 2000, с. 42
İbrahimov Ə. Ş., Nəbiyeva F. X. Azollaceae Wettst. — Новое семейство для Кавказа и Азербайджана // Доклады Национальный Академии Наук Азербайджана. LXI т. № 2, 2005. s. 90–94
Ибрагимов А. Ш., Абилов З. К., Набиева Ф. Х. Математическое определение проективного покрытия растительных фитоценозов // Известия Национальный Академии Наук Азербайджана Сер.биол.наук, 2006, № 1–2, с. 61–65
Набиева Ф. Х. Основные процессы опустынивания на территории юго-восточного Ширвана и Приараксинской низменности // Межд. науч.-прак. конф."Ботанические сады в 21 веке: сохранение биоразнообразия, стратегия развития и инновационные решения" посвящ.10 — летию образования Бот. сада. Белгород, 2009, с. 65–69
Набиева Ф. Х. Статусы охраны редких растений Кура-Араксинской низменности // Волгоградский Государственный Университет. Первые международные Беккеровские чтения. Волгоград, 2010, с.145–147
Gambarov D. Sh., İbrahimov A. Sh., Nabiyeva F. Kh. Geographical areal types of Astragalus species spread in Nakhchivan Autonomous Republic // ISSN: 1300–603. Kafkas University Institute of Natural and Applied Science journal. Kars/Turkey, 2011, Volume: 4, Number: 1, p. 58–64
Nabiyeva F. Kh., Ibadullayeva S. C. Development Appropriatenesses of Deserting Processes in The KAP and The PAR // Global Advanced Research Journal of Geography and Regional Planning (ISSN: 2315–5018) Vol. 1(5). 2012, pp. 083–087. October, 2012 Available online http://garj.org/garjgrp/index.htm Copyright © 2012 Global Advanced Research Journals Review—Wien-New York, Springer Verlag, 830 s
Набиева Ф. Х. Опустынивания зимних пастбищ Приараксинской низменности Нахчыванской Автономной Республики Азербайджана // ж. Проблемы освоение пустынь. Ашхабад, 2012, № 3–4, с.23–26
İbrahimov Ə. Ş., Nəbiyeva F. X., Piriyev M. Z. Carpesium cernuum L. (Fabaceae Dumort.) bitkisinin Naxçıvan Muxtar Respublikası ərazisində yayılması və tibbi əhəmiyyəti // AMEA Botanika İn-nun Əsərləri, XXXII cild, 2012, s. 198–202
Талыбов Т. Г. Ибрагимов А. Ш., Набиева Ф. Х. Семейство Киркозоновые Флоры Нахчыванской Автономной Республики Азербайджана // ISBN 978-3-944375-20-5. V Международной научной конференции European Applied Sciences: modern approaches in scientific researches. Германия, Штутгарт, 2013, c. 5–7
Nəbiyeva F. X. Naxçıvan MR ərazisində yayılmış Brassicaceae Burnett fəsiləsində aparılmış nomenklatur dəyişikliklər // AMEA Xəbərləri, c.68, 2013, № 2, s.45–52
Ибрагимов А. Ш., Набиева Ф. Х. Альпийские растения флоры Нахчыванской Автономной Республики Азербайджана // Российский научный журнал "Современный научный вестник" Россия, г. Белгород, 2014, c. 31–38
Ибрагимова А. М., Набиева Ф. Х., Ибрагимов А. Ш. Новые таксоны для флоры Нахчыванской Автономной Республики Азербайджана // ISSN 2310–5607. ж. Austrian Journal of Technical and Natural Sciences. Австрия, Вена, 2015, c.1–7
İbrahimov A. Sh., Analysis endemics of the Nakhchivan Autonomous Republic of Azerbaijan // Internatio-nal Journal of Multidisciplinary Research and Development. India, Volume 2 Issue 5, 2015, p. 143–149
Ibragimov A. Sh. Genetic resources family Fabaceae Lindl. in the Flora of Azerbaijan
Impact Factor: 3.762 - International Journal of Multidisciplinary Research and Development. India, Volume 2 Issue 4, 2015, p.181–183
Ibragimov A. Sh. Analysis endemics of the Nakhchivan Autonomous Republic of Azerbaijan // Impact Factor: 3.762 — International Journal of Multidisciplinary Research and Development. India, Volume 2 Issue 5, 2015, p.143–149
Ibragimov A. Sh. Genetic resources family Poaceae in the flora of Nakhchivan Autonomous Republic // İF: 3.4546 (UIF): European Academic Research Journal Romania, European Union Volume 1, Issue: 7, Bucharest, Romania, 2015, p. 1793–1802
Ибрагимов А. Ш. Геоботаническое районирование флоры и растительности Нахчыванской Автономной Республики Азербайджана // İF: 0,337. Журнал "Актуальные проблемы гуманитарных и естественных наук", Москва, 2016, № 5–1, c.39–44
Ибрагимов А. Ш. Подушечные растения Нахчыванской Автономной Республики Азербайджана и их фитоценозы // IF: -0.325. Межд. научный журнал "Наука и Мир" Россия, г. Волгоград, 2016, № 6 (34), c. 9–11
Ибрагимов А. Ш. Ибрагимова А. М Новые таксоны водно-болотной растительности Нахчыванской Автономной Республики Азербайджана // İF: 2,52; журнал "Вестник науки и образования" Москва, 2016, № 10(22), с. 13–15
Ибрагимов А. Ш., Салаева З. К. Горностепной растительности Нахчыванской Автономной Республики Азербайджана // İF: 0,173 Научный журнал "Инновации в науке", г. Новосибирск, 2017, № 3(64), с.9–14
Dashgin Ganbarov, Musa Piriyev Yasin Babayev Aliyar Ibragimov The bushy and shrubby shaped astragalus species spreading in the lowlands along the Araz river and their role in the highland-cserophit flora // ISSN 0039–7660. IF 0.263. 5-Y-IF0.251. SYLWAN., English Edition, ISI Indexed, Poland, 2017, № 161(8), p.333–339 (j. Tomson)
Cabbarov M. T. Ibragimov A. Sh. Mountanious-xerophyte vegetation of Nakhchivan of the Autonomous Republic of Azerbaijan // ISSN 0039–7660. IF 0.263. 5-Y-IF 0.251. Immediacy Index 0.12 SYLWAN., English Edition, ISI Indexed, Poland, 2017, № 161 (11), s. 108–117 (j. Tomson)