Bethesda Game Studios () — Kompüter oyunlarının inkişafında ixtisaslaşan, 2001-ci ildə yaradılan və valideyn şirkəti Bethesda Softworks olan ABŞ xüsusi şirkəti. Şirkətin loqosu və adı 2002-ci ildə, "The Elder Scrolls III: Morrowind" satışa çıxarılan zaman qurulmuşdur. Şirkətin rəhbəri icraçı prodüser Todd Hovarddır. Kanadanın Kvebek əlayətində yerləşən Monreal şəhərində ikinci bir studiya açılmışdır.

Tarix "Bethesda Game Studios" 2001-ci ildə qurulmuşdur. 2002-ci ildə, "Bethesda Softworks" və "Bethesda Game Studios" nəşr edən və hazırlayan olaraq iki ayrı şirkət olanda "Bethesda Softworks"dakı bütün inkişafçılar "Bethesda Game Studios"a köçmüşdür. Keçmişdə bütün oyunlar "Softworks" diviziyası tərəfindən nəşr edilmişdir. "The Elder Scrolls IV: Oblivion" PlayStation 3 üçün satışa çıxarılandan sonra "Bethesda Softworks", "Bethesda Game Studios"un bütün oyunlarını nəşr etməyə başlamışdır.

2000-ci illərin ortalarında "Bethesda Game Studios"un iki komandası var idi — rol videooyunları hazırlayan və "International Hot Rod Association" üçün dreq-reysinq oyunları hazırlayan.

9 dekabr 2015 tarixində Monreal şəhərində "Bethesda" tərəfindən yeni bir studiya yaradılmışdır. Studiya "Behaviour Interactive"in keçmiş rəhbəri İv Laşans tərəfindən idarə olunur.

Videooyunlar "Bethesda Game Studios" yaradıldığı tarixdən bəri əsasən "Fallout" və "The Elder Scrolls" kimi rol videooyunları üzrə işləmişdir.

2015-ci ildə "Fallout Shelter" adlı bir simulyasıya oyununun satışa çıxarılmasıyla, studiya mobil videooyunu marketinə daxil olmuşdur. Oyun 2016-cı ilin ortalarında 50 milyona qədər oyunçu əldə etmişdir. 2017-ci ilin fevral ayında Todd Hovard "Fallout Shelter"in müvəffəqiyyətindən sonra yeni bir mobil oyunu hazırladıqlarını açıqlamışdır.

2016-cı ildə Todd Hovard "The Elder Scrolls 6" və daha iki yeni layihə üzərində işlədiklərini açıqlamışdır. Bu layihələr böyük ehtimalla yeni "Elder Scrolls" oyunundan əvvəl satışa çıxarılacaq. 30 may 2018-ci il tarixində "Fallout 76"-nın elan treyleri buraxılmışdır.

İl Ad Janr(lar) Platforma(lar) 2002 The Elder Scrolls III: Morrowind Döyüş rol oyunu Microsoft Windows, Xbox 2004 IHRA Professional Drag Racing 2005 Yarış PlayStation 2, Xbox 2006 The Elder Scrolls IV: Oblivion Döyüş rol oyunu Microsoft Windows, PlayStation 3, Xbox 360 2008 Fallout 3 2011 The Elder Scrolls V: Skyrim 2015 Fallout Shelter Simulyasiya iOS, Android, Microsoft Windows, Xbox One Fallout 4 Döyüş rol oyunu Microsoft Windows, PlayStation 4, Xbox One 2016 The Elder Scrolls V: Skyrim – Special Edition 2017 Fallout 4 VR Microsoft Windows 2018 Fallout 76 Onlayn çoxnəfərli, öyüş rol oyunu Microsoft Windows, PlayStation 4, Xbox One

Genişləndirmə paketləri İl Ad Orijinal oyun Platforma(lar) 2002 Tribunal The Elder Scrolls III: Morrowind Microsoft Windows 2003 Bloodmoon 2006 Knights of the Nine The Elder Scrolls IV: Oblivion Microsoft Windows, PlayStation 3, Xbox 360 2007 Shivering Isles 2009 Operation: Anchorage Fallout 3 The Pitt Broken Steel Point Lookout Mothership Zeta 2012 Dawnguard The Elder Scrolls V: Skyrim Hearthfire Dragonborn 2016 Automatron Fallout 4 Microsoft Windows, PlayStation 4, Xbox One Wasteland Workshop Far Harbor Contraptions Workshop Vault-Tec Workshop Nuka-World

Mükafatlar 2011 — Spayk videooyun mükafatları, İlin Studiyası. 2015 — The Game Awards, İlin İnkişafçısı (nominasiya) 2016 — İnteraktiv İncəsənət İşləri və Elmlər Akademiyası Şöhrət Zalı - Todd Hovard

Həmçinin bax Bethesda Softworks

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bethesda Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:2001-ci ildə yarananlar Kateqoriya:Bethesda Softworks Kateqoriya:Mobil oyunlar Kateqoriya:ABŞ korporativlərinin törəmə şirkətləri Kateqoriya:Microsoft filialları Kateqoriya:2001-ci ildə ABŞ-də yarananlar