Reynpark stadionu () — Lixtenşteynin paytaxtı Vaduts şəhərində yerləşən futbol stadionu. Stadion Lixtenşteyn milli futbol komandasının əsas meydançası olmaqla yanaşı, həm də "Vaduts" futbol klubunun ev stadionu sayılır. Tamaşaçı tutumu 6.127 nəfərdir. Açılışı 31 iyul 1998-ci ildə olmuşdur. Açılış oyununda "Vaduts" və "Kayzerslautern" komandaları qarşılaşıblar. Bu görüş 0:8 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Stadion Lixtenşteynin İsveçrə ilə olan dövlət sərhədinin bir neçə metrliyində yerləşir.
İstinadlar
Kateqoriya:Lixtenşteyn stadionları