Fallout 4 () — "Bethesda Game Studios" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan döyüş rol videooyunu. "Fallout" oyun seriyasındakı 4-cü əsas epizoddur (bütövlükdə 7). Oyun 10 noyabr 2015-ci il tarixində "Microsoft Windows", "PlayStation 4" və "Xbox One" platformaları üçün Yaponiyadan başqa hər yerdə satışa çıxarılmışdır. Bunun səbəbi Yaponiyadakı şiddət əleyhdarı olan senzura qanunları idi. "Fallout 4" Yaponiyada 17 dekabr 2015-ci il tarixində satışa çıxarılmışdır. Oyun Boston şəhəri və ətrafını əhatə edən "The Commonwealth" (, translit. Kommonuelt) adlanan bir regionda keçir. Oyunun əsas hekayəsi "Fallout 3"dən 10 il və "Böyük müharibə"dən () 210 il sonra, 2287-ci ildə baş verir.
Oyunçu 111 nömrəli sığınacaqda () uzun müddətli bir kriogenik dondurulmadan çıxan "The Sole Survivor" () adlı bir personajı idarə edir. Həyat yoldaşının ölümü və oğlunun oğurlanmasına şahid olduqdan sonra, "Yeganə sağ qalan" itkin düşən övladının axtarışına çıxır. 111 nömrəli sığınacaqdan çıxandan sonra oyunçu oyunun məhv olmuş dünyasını kəşf etməyə, müxtəlif tapşırıqları yerinə yetirməyə, fraksiyalara kömək etməyə və öz personajlarını inkişaf etmək üçün təcrübə xalları yığmağa başlayır. Seriyaya yeni olan xüsusiyyətlər arasında yaşayış məntəqələrini inkişaf və idarə etmək və geniş kraftinq sistemi var. Kraftinq sistemi sayəsində oyun dünyasında axtarıb tapılan maddələrlə dərmanlar və bombalar yaratmaq, silah və zirehləri inkişaf etmək və yaşayış məntəqələrini tikmək, təchiz və inkişaf etmək olar. "Fallout 4" seriyada baş qəhrəmana bütöv bir şəkildə səs verən ilk oyundur.
Oyun tənqidçilər tərəfindən müsbət rəy almışdır. Müsbət tənqidçilər oyunun dünyasının dərinliyini, oyunçu müstəqilliyini, ümumi məzmununu, kraftinq sistemini və saundtrekini tərifləmiş, mənfi rəy verən tənqidçilərsə oyunun vizuallarını və texniki problemlərini tənqid etmişdir. Oyun iqtisadi və tənqidi böyük bir müvəffəqiyyət idi. Oyun satışa çıxarılmasından 24 saat sonra 750 milyon ABŞ dolları yaratmış və çox sayda mükafat almışdır. "Bethesda" oyun üçün 6 endirilə bilən məzmun satışa çıxarmışdır.
Geympley "Fallout 4" olan açıq dünyalı bir döyüş rol videooyunudur. "Fallout 4"ün geympleyi "Fallout 3"ə çox bənzəyir. Oyunda birinci və üçüncü şəxs perspektivlərinə dəyişə bilən bir kamera sistemi mövcuddur. "Fallout 4"dəki yeni xüsusiyyətlərə təbəqəli zireh sistemi, təməl-tikmə, 111 min sətirli dinamik bir dialoq sistemi, dərin kraftinq sistemi və s. aiddir. Köstəbək siçovulllar, reyderlər, super mutantlar və vəhşi xortdanlar () kimi keçmiş epizodlarda mövcud olan, ancaq uzun müddət yenə görünməyən düşmənlər "Fallout 4"də geri qayıdırlar. Bundan əlavə olaraq oyunda "Doqmit" () adlı bir alman çoban iti var. Bu personaj oyunçulara kömək edə bilər.
Oyunçu dünyanı sərbəst gəzə və söhbətlərdən istədiyi vaxt çıxa bilər. Oyunçu bir yeri kəşf etdikdən sonra, oraya sürətli-səyahət edə bilərlər. Oyunçular silahlara dəyişiklik edə bilərlər. Oyunda dəyişdirilə bilən 50 əsas silah var. "Fallout 4"də ümumi olaraq 700 dəyişiklik mövcuddur. Güc Zirehləri geyinə bilən vasitələrə bənzəmək üçün yenidən dizayn edilmişdir. Yeni dizayna malik olan Güc Zirehlərinə də dəyişiklik etmək olar.
Oyuna yeni əlavə edilən xüsusiyyətlərdən biri yaşayış məntəqələrini yaratmaq, inkişaf etmək və sökməkdir. Oyunçu bəzi oyundaxili əşyaları seçə və onlardan öz strukturlarını yaratmaq üçün istifadə edə bilərlər. Əlavə olaraq, qəsəbələr yeni dinamik elektrik cərəyan sistemi vasitəsilə elektriklə təmin edilə bilərlər. Tacirlər və qeyri-oyunçu personajlar oyunçunun yaşayış məntəqəsində məskunlaşa bilərlər. Bunun üçün oyunçu onları 3 əsas şeylə — su, yemək və yatacaq yeri ilə təmin etməlidir. Oyunçular öz yaşayış məntəqələrini təsadüfi hücumlardan qorumaq üçün tarretlər və tələlər kimi müdafiə qurğuları qura bilərlər.
Oyunçu personajın biləyinə bağlanan Pip-Boy şəxsi bir hesablayıcı qurğudur. Pip-Boy vasitəsilə oyunçular oyun menyusuna daxil ola bilərlər. oyundaxili menyuda statistikalar, xəritələr, məlumatlar və s. mövcuddur. Oyunçular Pip-Boy və ya hansısa bir terminal oynaya biləcəkləri oyun katricləri tapa bilərlər. Digər bir geri qayıdan xüsusiyyət Volt-Tek Yardımlı Hədəfləmə Sistemidir (V.Y.H.S. və ya — V.A.T.S). V.Y.H.S.-dən istifadə edərkən gerçək-zamanlı hərəkət yavaşlayır. Müxtəlif hərəkətlər üçün hərəkət xalları (abr. HX, ) xərclənir. Bunun nəticəsində oyunçuların hərəkətlərinə limit qoyulur. Oyunçular faiz nisbətiylə düşmənlərin bədən hissələrini vurmaq ehtimalını görə bilərlər. Oyunçuları düşməni yaralamaq üçün düşmənin müəyyən bədən hissələrinə atəş aça bilərlər. Kəllə-vuruşları tez öldürüşlər və körlamaq, ayaqlar isə düşmənin hərəkətini yavaşlatmaq üçün istifadə oluna bilərlər. Düşmənlər silahlarına atəş açılmaqla silahsızlaşdırıla bilərlər. Əvvəlki oyunlarda kritik vuruşlar yalnız təsadüfi olurdu, ancaq "Fallout 4"də V.Y.H.S.-dən əl ilə yerinə yetirilə bilərlər.
Oyunun əvvəlində oyunçulara "S.P.E.C.I.A.L." (, "Güc, Qavrama, Dözümlülük, Xarizma, Kəşfiyyat, Cəldlik və Uğur" sözləri üçün bir abreviatur) adlı bir personaj irəliləyiş sistemində xərcləmək üçün xallar verilir. Sistem 7 statistikanı — "Güc, Qavrama, Dözümlülük, Xarizma, Kəşfiyyat, Cəldlik və Uğur"u təmsil edir. Oyunçular yeni səviyyə əldə etmək üçün kifayət qədər təcrübə xalları yığanda yeni üstünlük əldə edirlər. Oyunçu hansısa bir statistikaya daha çox xal ayıranda, yeni üstünlüklər açılır. Oyunda cəmi 275 üstünlük var. Oyunda səviyyə limiti yoxdur və əsas hekayə bitdikdən sonra oyuna davam etmək olur.
Oyunda oyunçulara yardım edən yoldaşlar var. Oyunçu yoldaşının xoşlamadığı bir hərəkət etsə, onlar oyunçuyla səyahət etmək imtina və ya oyunçuya hücum edə bilərlər. Oyunda 13 yoldaş mövcuddur. Oyunçu onların 7-i (Doqmit, Kodsuort, Preston Qarvi, Payper Urayt, Nik Valentayn, Con Henkok və Dyakon) ilə oyunun əsas tapşırıqları zamanı qarşılaşırlar. Geri qalan yoldaşlar "Polad Qardaşlığı" paladini Paladin Dans, İrlandiya əsilli boksçu Keyt, mudzlu əsgər Makkrudi, super mutant Stronq, robot alim Kyuri və "İnstitut" korseri X6-88-dir. Seriyada ilk dəfə olaraq yoldaşlar oyunçudan ayrı olaraq oyun dünyasıyla əlaqəyə girə bilirlər. Məsələn, oyunçunun hansısa bir terminalı haklamaq üçün kifayət qədər bacarığı yoxdursa, yoldaşın bu işi görməsi üçün ona əmr edə bilər. Oyunçu yalnız bir yoldaşla səyahət edə bilərlər, bu məhdudiyyət bəzi tapşırıqlarda oyunçuyla səyahət edən qeyri-oyunçu personajlara aid deyil. Bəzi yoldaşlarla cinsindən asılı olmayaraq romantika yaşaya bilərlər. Bunlar Preston, Payper, Keyt, Henkok, Makkrudi, Paladin Dans və Kyuridir. Bəzi yoldaşlar oyunçunu əlavə üstünlüklərlə təmin edə bilərlər.
Süjet
Qurma Oyunun əsas hekayəsi Fallout 3-dən 10 il və "Böyük müharibə"dən () 210 il sonra, 2287-ci ildə baş verir. Oyun Boston şəhəri və ətrafını əhatə edən "The Commonwealth" (, translit. Kommonuelt) adlanan, postapoliktik və retro-futuristik bir regionda keçir. Digər Fallout oyunlarından fərqli olaraq, "Fallout 4"ün hekayəsi atom bombasının düşdüyü gün — 27 oktyabr 2077-ci ildə başlayır. Oyunçu personaj və ailəsi (Arvadı/əri və oğlu) 111 nömrəli sığınacağa gedir. Oyunçu personaj bu hadisədən tam 210 il sonra məhv olmuş bir dünyaya ayaq basır.
Oyun 1940-cı və 1950-ci illərin estetikasını və dizaynını ilə birlikdə böyük səviyyədə inkişaf etmiş bir texnologiyası olan bir alternativ dünyada keçir. Yaranan retro-futuristik dünyada insan texlonogiyası lazer silahlar istehsal edəcək, genləri dəyişdirəcək və az qala tam muxtariyyətə sahib olan süni intellektlər yaradacaq səviyyədə inkişaf etmişdir. Texlonogiyanın əhəmiyyətli şəkildə inkişaf etməsinə baxmayaraq, insan mədəniyyəti o qədər də inkişaf etməmişdir. Binaların arxitekturası, reklam afişaları və insanları ümumi yaşayış tərzi 1950-ci illərdən bəri çox da dəyişməmişdir.
Hekayə Oyunun əsas hekayəsi 27 oktyabr 2077-ci il tarixində, Masseçusetsdəki Konkord qəsəbəsinin yaxınlığında "Senkçuari-Hillz" (, ) adlı kiçik bir qəsəbədə başlayır. Oyunçu personaj həyat yoldaşı (Oyunçunun seçdiyi cinsə görə Neyt və ya Nora), oğulları Şon və robotik bir xidmətçi olan Kodsuort ilə birlikdə öz evindədir. Oyunçu personaj Kembric şəhərində olan Veteranın Zalında keçirilicək olan hadisəyə hazırlaşarkən, bir Volt-Tek işçisi onların 111 nömrəli sığınacağa qəbul olunduqlarını bildirməyə gəlir. Çox vaxt keçmədən, televiziyada efirdə olan bir xəbər proqramı atom bombasının ABŞ-nin şərq sahilinə düşəcəyini bildirir. Ailə sığınacağa bomba partlayan zaman daxil olurlar. Sığınacağa daxil olduqdan sonra, oyunçu personaj və ailəsi kriogenik borulara daxil olmaqları üçün Volt-Tek heyəti tərəfindən aldadılırlar. Naməlun vaxtdan sonra, oyunçu və həyat yoldaşı naməlum iki şəxs tərəfindən oyadılırlar və oyunçu oğlu Şonun oğurlanmasına və həyat yoldaşının qətlinə şahid olur. Oyunçu yenə kriogenik yuxuya həbs olunur, ancaq həyat dəstək sistemi nasaz olandan sonra, oyunçu sərbəst qalır. Oyunçu 111 nömrəli sığınacaqda yeganə sağ qalan olduğunu anlayır və həyat yoldaşının intiqamına almaq və oğlunu tapmaq üçün sığınacaqdan çıxır.
"The Sole Survivor" () olaraq tanınan oyunçu personaj Senktuari Hillsdəki evinə gedir. "Yeganə sağ qalan" Kodsuortu ağlını itirmiş halda tapır. Kodsourt oyunçuya müharibənin 210 il əvvəl bitdiyini deyir. Kodsuort oyunçu personaja Konkorda getməsini tövsiyə edir. Oyunçu yolda bir alman çoban iti tapır və onunla dostlaşır. "Yeganə sağ qalan" Konkorda çatanda Prestonu — "Kommonuelt Xalq Milis Əsgərləri"nin (, translit. Kommonuelt Minutmen) son üzvlərindən birini və bir qrup koçkünü reyderlərdən xilas edir. Preston və qrupuna kömək etdikdən sonra oyunçu personaj "Almaz şəhəri"nə (, translit. Daymond Siti) gedir və orada mərd bir jurnalist olan Payper Uraytı tapır. Daha sonra oyunçu personaj "İnstitut" () adlı bir təşkilatın insanları "sint"lərlə () dəyişdirərək Kommonuelt xalqını qorxudduqlarını öyrənir.
"Yeganə sağ qalan" oğlunu tapmaq üçün Nik Valentayn adlı bir detektivi axtarır, ancaq Valentaynın iki həftədir ki itkin düşdüyünü öyrənir. Oyunçu Nik Valentaynı 114 nömrəli sığınacaqda tapdıqdan sonra onun II dərəcəli bir sint olduğunu öyrənir. Bundan sonra oyunçu Valentayn ilə birlikdə həyat yoldaşının qatilini tapır — Konred Kelloq adlı bir kişi. "Yeganə sağ qalan" Kelloqu tapır və Şonun "İnstitut"da olduğunu öyrənir. "Yeganə sağ qalan" həyat yoldaşının intiqamını almaq üçün Kelloqu öldürür. Oyunçu və Valentayn Kelloqun beynindəki kibernetik implantı götürürlər və Doktor Amarinin yanına, "Qudneybor"a (, hərfi tər. Yaxşı-qonşu) gedirlər. Nevroloji həkim olan Amari ölü muzdlu əsgərin xatirələrinə daxil olmağa yardım edir. Kelloqun axtarışı zamanı oyunçu "Polad qardaşlığı"nın () "Priduen" () vasitəsilə gəlişinə şahidlik edir. Bunun nəticəsində oyunçu Boston Hava Limanına gedib onlara "İnstitut"la olan mübarizələrində yardım təklifi vermək seçimi qazanır.
Kelloqun xatirələrinə baxdıqdan sonra, "Yeganə sağ qalan" oyunun başlanğıcındakı atom bombasının partladığı yerə, "Qlouinq Si"yə (, ) getməklə vəzifələndirilir. Oyunçu orada keçmiş "İnstitut" alimi olan Brayn Vircili tapır. Brayn Vircil oyunçuya "İnstitut"a daxil olmaq üçün kömək edir. Vircilin verdiyi məlumata görə, "İnstitut"a daxil olmağın və ya oranı tərk etməyin yeganə yolu "İnstitut Korserləri"nin (təlimli sint qatillər) beyinlərindəki teleportasiya çiplərindən istifadə etməkdir. Oyunçu "İnstitut"a daxil olmaq üçün bir Korseri axtarıb tapıb və öldürməlidir.
"Yeganə sağ qalan" çipin şifrəsini açmaq üçün "Dəmiryolu" (, translit. Reylrod) adlı gizli bir təşkilatı axtarıb tapır. "Dəmiryolu"nun əsas hədəfi "İnstitut" sintlərini xilas etməkdir. "Dəmiryolu" üzvləri sintlərin öz yaradıcıları tərəfindən təzyiqə məruz qaldıqlarına və Kommonuelt xalqının onlara pis rəftar etdiyinə inanırlar. Çipin şifrəsini açdıqdan sonra, "Dəmiryolu" oyunçudan "İnstitut"a qarşı olan mübarizələrindən yardım istəyir. Oyunçu bu istəyi həm qəbul, həm də rədd edə bilər.