Vüqar Əliyev (tam adı: Vüqar Zifər oğlu Əliyev; ) — Filologiya elmləri doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü. Azərbaycan Mətbuat Şurasının sədri.

Həyatı Vüqar Əliyev 1978-ci il oktyabr ayının 12-də Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 № orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika ixtisasına qəbul olub. Həmin ixtisas üzrə 1999-cu ildə fərqlənmə diplomu ilə bakalavr, 2001-ci ildə yüksək nəticələrlə magistr pillələrini bitirib. 1997-ci ildən mediada analitik və araşdırma məqalələri yayımlanır.

Dövri mətbuatda analitik və informativ janrlarda yazılmış 100-dən artıq məqalənin müəllifidir. Yaxın Şərq üzrə analitikyazıları Azərbaycanın bir çox aparıcı informasiya portalları və media orqanlarında mütəmadi şəkildə yayımlanır. Eyni zamanda müxtəlif televiziya kanallarına ekspert olaraq dəvət olunur. (Az TV, APA TV, ARB, Lider və s.)

2001-ci ildən BDU-nun Jurnalistika fakültəsində çalışırır. 2001–2004-cü illərdə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında, 2004–2006-cı illərdə isə beynəlxalq jurnalistika kafedrasında baş laborant vəzifəsində çalışmır. 2006-cı ildən Beynəlxalq jurnalistika kafedrasının müəllimi, 2011-ci ildən dosentidir. 2010–2017-ci illərdə "Jurnalistika" Elmi Tədqiqat Laboratoriyasını müdiri-aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2017-ci ilin may ayından Jurnalistika fakültəsinin dekanıdır.

"Oğuz" Müstəqil Araşdırmaçılar QrupununVüqar Zifəroğlu: "Azərbaycanın Türkiyənin yanında olması bütün dünyaya mesaj idi" . lent.az, 15.03.2016 təsisçisi, İdarə heyətinin sədridir.

Fəaliyyəti 2005-ci ildə jurnalistika ixtisası üzrə namizədlik dissertasiyası, 2017-ci ildə junalistika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. Filologiya elmləri doktorudur.

2010-cu ilin fevral ayının 4–6-da Rumıniyanın Buxarest şəhərində YUNİSEF-in xətti ilə keçirilmiş "Uşaq hüquqları və jurnalistika" praktik seminarının iştirakçısıdır. 2010-cu il dekabrın 2–5-də Lefkedə (K. K. T. C.) Beynəlxalq Avroasiya Ekonomik İlişkilər Dərnəyi və Lefke Avropa Universitetinin birgə təşkil etdikləri "XXI əsrdə Türk dünyası" beynəlxalq konfransında iştirak etmiş, "Ortaq Türk İnformasiya məkanının formalaşdırılması" mövzusunda çıxış etmişdir. Konfransda iştirak və çıxışıma görə Lefke Avropa Universitetinin rektoru tərəfindən təşəkkür bəlgəsi almışdır.

2003-cü ildə Azərbaycan Respublikası Gənclər, İdman və Turizim Nazirliyinin keçirdiyi Gənc jurnalistlərin III Ümumrespublika müsabiqəsində "Elm və təhsil" nominasiyası üzrə "Qərbi Avropa dillərində türkizmlər" məqaləsinə görə I yerə layiq görülmüş, bununla əlaqədar fəxri fərmanla mükafatlandırılmışdır. 2005-ci ildə Azərbaycan Milli Mətbuatının 130 illiyi münasibətilə BDU Rektoru tərəfindən təşəkkür almışdır. 2011-ci ildə BDU rektoru tərəfindən "KİV-də BDU haqqında obyektiv, dolğun və davamlı məlumatların yayımlanmasına görə", 2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar keçirilən mükafatlandırmada "ictimai fəaliyyəti"mə görə fəxri fərmanla təltif olunmuşdur.

Azərbaycan jurnalistlərinin 16 oktyabr 2026-cı il tarixdə keçirilmiş IX qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Kitabları Dörd kitabın ("Ön və Orta Asiya Türklərinin tarixinə dair dörd anonim mənbə" (Bakı, 2003); "Xəsryəhudi-xəzər yazışması" (Bakı, 2009); "Sirr" (Bakı, 2013), "Azərbaycan hökmdarları: Səfəvilər" (Bakı, 2016)) və iki monoqrafiyanın ("Beynəlxalq jurnalistikada etik normalar və Azərbaycan mətbuatı" (Bakı, 2006); "Media imperiyası" (Bakı, 2012)) müəllifi, unudulmaz müəllim və ustal jurnalist Nəsir İmanquiyevin 100 illik yubileyinə həsr edilmiş Biblioqrafiyasının həmtərtibçisidir. İxtisasla bağlı 36 elmi məqalənin, 3 metodiki göctəricinin və dörd tədris proqramının müəllifidir.

Tədqiqat sahəsi Beynəlxalq jurnalistikada inhisarlaşma problemi və media korporasiyalar Azərbaycan kütləvi informasiya vasitələrinin qlobal informasiya məkanına inteqrasiyası İnformasiya təhlükəsizliyi müasir dövrün əsas problemi kimi Azərbaycan və KİV-ə qarşı informasiya müharibəsi

İstinadlar

Xarici keçidlər Jurnalistika fakültəsinin dekanı: "Media öz simasını dəyişir" Vüqar Zifəroğlu: "Azərbaycanın bu ağır günlərdə Türkiyənin yanında olması bütün dünyaya mesaj idi"

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Mətbuat Şurasının sədrləri