250px|thumb|Şahbulaq
Şahbulaq qalası və ya Tərnəküt qalası — Qarabağ xanı Pənahəli xan tərəfindən 1751–1752-ci illərdə inşa etdirilmiş XVIII əsr qala divarları. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır.Мирза Адигезаль-Бек. Карабаг-Наме. Главы 1–6.
Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub. Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olmuşdur. Onun yanında xanın iqamətgahı olmuşdur. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilmişdir.Аббас-Кули-Ага Бакиханов, "Гюлистан-и Ирам", Период V.
Qala divarları və qüllələr yuxarıya doğru bir qədər incələşib müdafiə tikililəri üçün səciyyəvi olan mazğal sırası və dişlərlə tamamlanırdı. Divarlar 7 metr, bürclər 8,5 metr hündürlükdədir. Qalanın giriş qapısı şərq divarının ortasında olub xaricdən ona bitişik ikimərtəbəli qülləvari həcmlərlə qorunurdu. Bu qüllənin üst qatı, yəqin ki, xan otağı olmuşdur. Həmin otağa qəsr həyətindən daş pilləkən qalxır. Son dövrlərdə ermənilər qaladan kilsə kimi istifadə edirlər.Afterwards in 1165/1755 Panah Khan found a better spot for new fortress Shahbulagh in Tarnakiut and came there to build it on the slope of a hill. He designed the project of its buildings, mosques, markets, and bathhouses, and built a safe refuge Mirza Yusuf Nersesov. A Truthful History.
Tarixi
Tarixi-siyasi mühit
Azərbaycan dövlətçilik tarixində özünməxsus yeri olan Qarabağ xanlığı 1747-ci ildə Nadir şah Əfşarın yaratdığı imperiyanın dağılmasından sonra yarandı. Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşən Qarabağ xanlığı Azərbaycanın xeyli hissəsini əhatə edirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.
Qarabağ xanlığının banisi olan Pənahəli xan Köçəri Cavanşirlər tayfasının Sarıcalı oymağından idi. Azərbaycanda hələ qədim dövrlərdə məskunlaşmış Cavanşirlər tayfasının başçıları XVI əsrdən başlayaraq Qarabağı irsi hakim hüququ ilə idarə edirdilər. 1736-cı ildə Nadir şahın "şah" seçilməsinin əleyhinə çıxış edən digər tayfalar kimi, Cavanşirlər tayfası da Xorasana sürgün edilmişdi. Bu dövrdə tayfaya başçılıq edən Pənahəli xan Nadir şahın ən nüfuzlu sərkərdələrindən birinə çevrilmişdi. Lakin sonralar Nadir şahla Pənahəli xan arasında münasibətlər gərginləşdi. Pənahəli xan Xorasandan Qarabağa üz tutmağa məcbur oldu və tezliklə müstəqil Qarabağ xanlığının əsasını qoydu.
Qarabağ xanlığının vəziri olmuş tarixçi-salnaməçi Mirzə Camal Cavanşir öz Qarabağnamə əsərlərində bəhs edir ki, "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb inandığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları arasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında xan, Pənahəli bəy Sarıcalı Cavanşir adlı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada rəqiblərinə üstün gəlmiş Pənah xanı da öz yaxın adamına çevirmişdi."
Qarabağ xanlığı yarananda onun ərazisində Gəncə, Təbriz, Ərdəbil, Şamaxı, Bakı, Naxçıvan, Dərbənd kimi şəhərlər olmamışdır. Halbuki belə siyasi və iqtisadi mərkəzlərin olması xanlığın gələcək inkişafı üçün çox mühüm idi. Ona görə də yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənahəli xanın hərbi-siyasi işlərlə yanaşı, dəyərli quruculuq uğuru sayılmalıdır. Bu sahədə ilk addımlardan bir 1748-ci ildə Kəbirli mahalında Azərbaycan türk tayfası bayatların adı ilə bağlı olan Bayat qalasının inşası olur. Mirzə Camal Cavanşir yazır: "Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdirdilər."
Pənahəli xanın Qarabağın hakimi kimi tanınmasında Şəki xanı Hacı Çələbi xanın Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynayır. Tarixçi-salnaməçi Mirzə Adıgözəl bəyin yazdığına görə, "Qarabağ məlikləri Hacı Çələbiyə məktub yazaraq bildiriblər ki, Pənahəli xan burada taxta çıxmış, qala və səngər tikdirmişdir. Əgər bir xəta edilərsə, sonra onun qarşısında durmaq mümkün olmayacaq." Nəticədə Hacı Çələbi xan Qarabağa hücum edir, Bayat qalasını mühasirəyə alır. Lakin bir aylıq mühasirə heç bir nəticə vermir. Tarixçi-salnaməçi Əhməd bəy Cavanşir yazır: "Bu qalibiyyətdən sonra Pənahəli xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi… Bayat savaşı eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara davam gətirə bilməyəcəyini də üzə çıxardı."
1748-ci ilin sonunda Şamaxı xanı Hacı Məhəmmədəli xanla birləşərək Pənahəli xanı aradan götürmək üçün Bayat qalasına hücum edən Hacı Çələbi xan qala mühasirəyə alsa da, bir ay mühasirədə qalan qala təslim olmamışdı. Pənahəli xan düşmənə qəfil həmlələr edirdi. Nəticəsiz mübarizədən sonra, Hacı Çələbi xan müttəfiqi ilə geri çəkildi. Məqsədinə nail ola bilməyən və mübarizədə məğlub edilən Hacı Çələbi geri dönərkən "Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq" deyə vurğuladı.
İnşa edilməsi
thumb|250px|left|Şahbulaq qalasının cənub tərəfindən görünüşü. Rusiya hərb tarixçisi Vasili Pottonun eskizi. 1901-ci il.
Bayat döyüşündən sonra Pənahəli xan fikirləşdi ki, xanlığa daha etibarlı qala lazımdır. Çünki Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan, orada uzun müddət böyük hərbi qüvvə saxlamaq mümkün deyildi. Buna görə də Pənahəli xan Ağdamın 5–6 kilometrliyində yerləşən Şahbulaq adlanan yerdə inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı. Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq qalasına köçürtməsini Mirzə Adıgözəl bəy belə təsvir edir: "Bundan sonra Pənah xam düşündü ki, mən təzəbinə bir adamam, Cavanşir və Otuziki elatı, Xəmsə məliklikləri mənə düşməndir. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdən kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyində Şah bulağı adı ilə məşhur olan bir qala bina etdi."
Mirzə Adıgözəl bəyin yazdığına görə Pənahəli xan bu işləri 1751–1752-ci illərdə (hicri 1165-ci il) bitirərək oranı özünə iqamətgah etdi. Əhməd bəy Cavanşirin yazdığına görə Şahbulaq qalası 20 noyabr 1751-ci il — 7 noyabr 1752-ci il tarixləri arasında inşa edilmişdir. Əhməd bəy Cavanşir Pənahəli xanın öz iqamətgahını Bayat qalasından Şahbulaq qalasına 1752-ci ildə köçürdüyünü yazır.
Mirzə Adıgözəl bəy yazır ki, Məhəmmədhəsən xan Qacarın Qarabağa yürüşündən sonra Pənahəli xan və bəzi digər xanlar Hacı Çələbiyə qarşı vuruşmaq üçün II İraklinin düşərgəsinə getmiş və həbs olunmuşdular. Burada tarixçi hadisələrin ardıcıllığını bir qədər qarışdırmışdır. XVIII əsr tarixçilərinin qeydlərindən məlum olur ki, Pənahəli xanın Bayat qalasından Şahbulaq qalasına köçməsi 1751-ci il, onun hiylə ilə II İrakli tərəfindən tutulması, Hacı Çələbi tərəfindən isə azad edilməsini isə 1752-ci il olaraq qəbul edirlər. Qarabağnamələrin müəllifləri də bu tarixləri də olduğu kimi təsdiq edirlər.
Mirzə Camal Şahbulaq qalasının 1751–1752-ci illərdə (1165-ci hicri ilində) inşa olunduğunu yazaraq Pənahəli xanın üç dörd il orada yaşadığını qeyd edir. Mir Mehdi Xəzani isə yanlış olaraq Şahbulaq qalasının 1761–1762-ci ildə inşa olunduğunu yazır. Mir Mehdi Xəzanı Pənahəli xanın ilk iqamətgahının köçürülməsinin səbəbini daha dəqiq izah edərək yazır ki, "Bayat qalası aranda yerləşdiyinə görə yay fəslində elatlar o ətrafda dayanmayıb yaylağa köçdüyünə görə zərurət olanda onlara əl yetişmirdi." Abbasqulu ağa Bakıxanov yazır ki, "Şahbulaq adlı yerdə vaxtilə Səfəvi şahı I Şah Abbas qışlamışdı."
Rzaqulu bəy yazır: "Pənah xan, Xaçın əhalisinin fitnə-fəsadından xatircəm və asudə olub, onlara ayrıca məliklər təyin və hamısını özünə tabe etdikdən sonra Şahbulaq adlanan Tərnəküt qalasını tikdirməyi lazım bildi. Ona görə də Bayat qalasını buraxıb, Şahbulaqda bir təpənin üstündə, böyük bir bulağın yanında qala tikdirdi. Bu qalanın ətrafına, uca bir yerdə, geniş hasar çəkdirdi. Bazar, meydan, hamam və məscid tikdirib, hicri 1165 (1751/52)-ci ildə bütün ellərin ailəsini və böyüklərin evlərini, sənətkarlan, özünün yaxın adamlarını və qulluqçularını Şahbulaq qalasında yerləşdirdi."
XIX əsr Qarabağ tarixçilərinin məlumatına görə, Pənahəli xanın göstərişi ilə burada qala, daş evlər, məscid, hamam və bazar inşa edilir. Şahbulağında mülki və dini binaların inşa edilməsi haqqında məlumatlara Mirzə Yusif Qarabaği və Mirzə Camal Cavanşir Qarabağinin əsərlərində rast gəlmək mümkündür. M.C.Cavanşir "Qarabağ tarixi" adlı əsərindəki "Rəhmətlik Pənah xan tərəfindən Qarabağda inşa edilmiş abidələr və binalar haqqında" adlı bölmədə qeyd edir: "Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, şəhər binaları və bazar inşa edilmişdir." İnşaat işləri 1751–1752-ci illərdə (hicri 1165-ci il) tamamlanmışdır. Yeni qalaya köçən və mövqelərini möhkəmləndirən xan, əvvəlki qərargahını dağıtmağa göstəriş verir.
thumb|right|250px|Şahbulaq qalasının XIX əsrə aid görünüşü.
Şahbulaq ərazisindəki inşaat işləri, xüsusilə qala və məscidin memarlığı sonradan Şuşada aparılan inşaat işlərinə əhəmiyyətli təsir göstərmişdir. Demək olar ki, Şuşanın bütün qaladaxili qəsrləri memarlıq-planlaşdırma və həcm-fəza strukturu baxımından Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarlayır. Lakin, bir müddət sonra yaxınları Pənahəli xana yeni qalanın inşası üçün daha təhlükəsiz yer seçməyi məsləhət görürlər və beləliklə Şuşa qalasının inşasına qərar verilir.
Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlamışdır. Ehtimal ki, Ağdamda salınmış yeni qala-şəhərin adı da burada yerləşən gursulu bulaqın adından – Şahbulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır. Şahbulaq qalası Şuşa qalasının salınmasından sonra, sadəcə Şahbulaq iqamətgahı, bir müddət sonra isə qala tipli qəsr kimi fəaliyyət göstərmişdir.
Şahbulaq qalasının da coğrafiya mövqeyi də əlçatmaz və ağaclarla bağlı olan bir ərazi idi. Qalanın tərəfləri sıldırımlı qayalarla hərtərəfli örtülmüşdü. Qala təhlükəsiz yer idi. Paytaxtın Şahbulaq qalasından Şuşa qalasına köçürülməsinin səbəbi, Şuşa qalasının əbədi keçilməz, əlçatmaz yer idi. Şuşa qalası hətta ən güclü düşmənin belə onu mühasirəyə almasına imkan vermirdi. Pənahəli xan çox təhlükəsiz bir ərazi istəyirdi. Buna görə də o paytaxtı Şahbulaqdan Şuşaya köçürmüşdü.
Qala daxilində bulaqların çoxluq təşkil etməsi məlumatı o dövr müəlliflərinin əsərlərində yer alır. Şahbulaq qalası Ağdamın 10 kilometrliyində dağların ətəklərində çeşməli bir ərazini təşkil edirdi. Xanlığın mərkəzi olacaq qalanın burada salınması hər cəhətdən əlverişli idi. Çünki qalada quyu qazılmasına ehtiyac o qədər də yox idi. Adından göründüyü kimi, qala Şahbulağı adlanan ərazidə inşa edilmişdi.