Monqolustan əhalisi — Monqolustan əhalisinin demoqrafik xüsusiyyətləri. 2016-cı ilə olan məlumata görə Monqolustan əhalisinin sayı 3,081,677 nəfərdir.

Sahəsinə görə dünyanın ən böyük 18-ci dövləti olmasına baxmayaraq, Monqolustan ərazinin məskunlaşma baxımından çox əlverişsiz olması səbəbilə əhalisinin sayına görə 134-cü pillədədir.

Statistika thumb|Monqollar milli bayram vaxtı Ölkə əhalisinin 51,2 faizi şəhərlərdə yaşayır, əhalisinin 95 faizi oxuyub-yazmağı bacarır. Əhali ilə bağlı Monqolustanın ən böyük problemi kişilərin sayının az olmasıdır. Sovetlər dönəmində Rusiyanın təsir dairəsində olan Monqolustanda kişilərinin böyük qismi spirtli içkilərə aludə olublar. Kişilərin sayının azaldığı Monqolustanda hazırda 6 qadına 1 kişi düşür. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir. 45 milyon mal-qaranın olduğu Monqolustanda başlıq üçün də elə mal-qara verilir.

Siyahıyaalınma 2010-cu ildəki əhali siyahıyaalınmasına əsasən Monqolustan əhalisinin sayı 2.754.685 nəfər olmuşdur. Onlardan 2.647.545 nəfəri Monqolustan vətəndaşları, 107.140 nəfəri isə xarici ölkələrin vətəndaşlarıdır.

Artım tempi Monqolustan əhalisinin artım tempi müxtəlif illərdə ardıcıllıqla aşağıdakı kimi olmuşdur: 1918 - 647,5 minБадараев Д.Д. Социально-демографические и структурные аспекты становления современного монгольского общества // Вестник Бурятского научного центра Сибирского отделения российской академии наук. - 2012. - № 4 (8). - С. 69. Режим доступа: http://www.bscnet.ru/upload/iblock/cf6/vestnik_4_8_.pdf ; 1935 - 738,2 min; 1944 - 759,1 min; 1956 - 845,5 min; 1963 - 1071,1 min; 1969 - 1197,6 min; 1979 - 1595,0 min; 1989 - 2044,0 minБадараев Д.Д. Социально-демографические и структурные аспекты становления современного монгольского общества // Вестник Бурятского научного центра Сибирского отделения российской академии наук. - 2012. - № 4 (8). - С. 70. Режим доступа: http://www.bscnet.ru/upload/iblock/cf6/vestnik_4_8_.pdf ; 2000 - 2373,5 min; 2011 - 2811,6 min 2015 - 3057,8 min

Etnik tərkibi Ölkə əhalisinin əksər hissəsi etnik monqollardan ibarətdir, lakin qazaxlar və tuvalar da xüsusilə ölkənin qərbində etnik azlıq təşkil edirlər.

Monqolustanda türk toplumunu qazaxlar, tuvalılar (onların etnik qrupu olan urianxaylarla birlikdə)Ethnologue report for language code :tyv , uyğurlar (uyğur dilinin hotən dialektində danışanlar)Ethnologue report for language code :uig və özbəklər əmələ gətirir. Ümumilikdə isə Monqolustan əhalisini təşkil edən əsas 24 tayfadan dördü türk tayfasıdır ki, bunlar da Kazak, Hoton, Tıva və DuhadırŞahnaz Kamalova. Türkdilli Duhalar – yox olmaq təhlükəsilə üz-üzə . 525-ci qəzet. 8 fevral 2013, səh. 7 . +Monqolustan vətəndaşlarının milli tərkibi Etnik qrup 1989 sa.United Nations Statistics Division :4. Population by national and/or ethnic group, sex and urban/rural residence: each census, 1985 - 2003 or Population selon le group national et/ourthnique, le sexe et la résidence urbaine/rurale: recensements de 1985 à 2003 2000 sa. 2010 sa.Монгол Улсын хүн ам, орон сууцны 2010 оны тооллого :Хүн ам, орон сууцны 2010 оны толлого тооллогын үр дүн cəmi2 043 9542 373 4932 647 545 xalxa1 610 4241 934 6742 168 141 qazax120 506102 983101 526 dörvöd55,20866 70672 403 bayad39 23350 82456 573 buryat35 44440 62045 087 darqanqa29 04031 90927 412 urianxay23 47825 18326 654 zaxçin22 99829 76632 845 darxad14 75719 01921 558 öld9 18814 63415 520 xotqoid...7 23715 460 torqud10 05012 62814 176 hotən...9 01411 304 myanqad4 7606 0826 592 tuva...4 7785 169 barqa2 1302 5062 989 uzemçin2 0862 3862 577 eljiqen...1511 340 sartul...1 5401 286 xamniqan...565537 Duhalar...303282 özbək...380260 xarçin...266152 saxar...123132 xmer6 076...... xoşud...183... xan247173... rus140158... xorçin...150... xalimaq...5... digər1 50932317 462 təsniflənməmiş56 6808 224

Dini etiqad Dini baxımdan əhalinin əksəriyyəti buddistdir. Heç bir dinə etiqad etməyənlər ikinci ən böyük qrupdur. İslam dini etnik qazaxlar arasında geniş yayılmışdır. Duhalar kimi türk toplumlarında isə şamanizm yayılmışdır.

15 yaşdan yuxarı yaşda olan Monqolustan vətəndaşlarının dini etiqadları aşağıdakı cədvəldə göstərilmişdir: Etiqad Etiqad edənlərin sayı Ümumi saya nisbəti cəmi1 905 969100.0% buddizm1 009 35753.0% ateizm735 28338.6% islam57 7023.0% şamanizm55 1742.9% xristianlıq41 1172.1% digər6 9330.4%

Məşğulluq problemləri 2016-cı ildə BMT özünün Fövqəladə vəziyyətlərə reaksiya Mərkəzi Fondundan Monqolustanda humanitar layihələrin maliyyələşdiriməsinə 2,4 milyon dollar vəsait ayırmışdırBMT “dzud”dan ziyan görmüş Monqolustan üçün 2,4 milyon dollar yardım ayırıb . azertag.az, 18.03.2016 . Bu qərar Monqolustanın üzləşdiyi "dzud" adı ilə tanınan quraqlıq və təbii fəlakətlə bağlı idi. Belə ki, 2015-ci ildə quraq yay sərt qışla əvəz olunmuş, dekabr ayından isə "dzud" Monqolustan əhalisi üçün əsl fəlakətə çevrilmiş, o ölkə ərazisinin 60 faizini əhatə etmişdir. Nəticədə ölkənin əksər hissələrində mal-qara üçün normal otlaq qalmamışdır.

Ədəbiyyat Брук С. И. «Население мира. Этнодемографический справочник», — Москва 1986 «Der Fischer Weltalmanach 2007. Zahlen. Fakten. Daten». Потёмкина И. И. «Монголия», — Москва, "Мысль", 1988 — 142 с.

İstinadlar